" Bizim oraya getməyimizi ermənilərin qaçması və ya qalması ilə necə əlaqələndirmək olar?" - Partiya sədri
Tarix: 26-03-2021, 10:24 |
Çap et
“Biz Ağdamda səfərdə olanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerlərindən biri lağ etmişdi ki, ermənilər eşidib müxalif partiyaların rəhbərləri gəlib, ona görə də qaçıblar. Qarabağdan erməniləri qovan Azərbaycanın qəhərman ordusu olub. Bizim oraya getməyimizi ermənilərin qaçması və ya qalması ilə necə əlaqələndirmək olar?”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu bildirib ki, Azərbaycanda hər bir məsələni siyasiləşdirməyə cəhd edirlər: “Biz orada xarabalıqları gördük, vəziyyətlə tanış olduq. Ağdama getməyimizin müxalifət üçün hansı mənfi tərəfi ola bilər ki? Müsavat Partiyasının rəhbərliyi deyir ki, şərait yaradın Qarabağa gedək. Şərait yaratdılar, biz deməmişdik, amma Müsavat getmədi. Bunlar nə istədiklərini də bilmirlər...”