"Deputatın toxunulmazlığının qaldrılması ilə bağlı Milli Məclisə müraciət edilməlidir" - FEYZİYEV QALMAQALI...
Tarix: 8-11-2021, 08:40 | Çap et
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollara həbs qoya bilər. Agentlikdən yayılan açıqlamada bildirilir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirildiyinə görə, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb.
Cavanşir Feyziyev mətbuata verdiyi açıqlamada bildirib ki, 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb: “Yeni qanuna görə, İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.
Amma deputat Azərbaycan ictimaiyyətinə qazandığı sərvətin mənbəyi ilə bağlı heç bir məlumat verməyib. Bununla yanaşı, hüquq mühafizə orqanları, Milli Məclis də bu qalmaqalın üstündən sükutla keçib. Qeyd edək ki, bu gün parlamentin sessiyası keçirilib bə Prezidentin təşəbbüsü ilə göndərilmiş Amnistiya Aktı qəbul edilib. Amma qanunverici orqan öz üzvünün adı keçən maliyyə qalmaqalına münasibət bildirməyə ehtiyac görməyib.
Əslində, millət vəkili tərəfindən ölkədən milyonlarla dolların çıxarılmasına hansı reaksiya verilməli idi? Azərbaycan qanunverciliyinin tələbi nədən ibarətdir?
Hüquqşünas Ələsgər Məmmədli Pressklub.az-a şərhində bildirib ki, mövcud qanunvericilikdə deputatların məşğul ola biləcəyi və bilməyəcəyi fəaliyyət növləri göstərilir: “Şəxs deputat seçildikdən sonra elmi yaradıcılıq istisna olmaqla, ödənişli fəaliyyətlərlə məşğul ola bilməz, bu, qadağandır. Biznes sahəsi də deputat səlahiyyətləri ilə üst-üstə düşmür. Bu, həm də etik məsuliyyət yaradır. 2016-cı ildə keçirilmiş referendumla Konstitusiyanın 89-cu maddəsinə dəyişiklik edilib, oraya həm də etik məsuliyyətə görə deputatlıq səlahiyyətinə son verilməsi məsələsi salınıb”.
Hüquqşünas qeyd edib ki, deputatın adı belə böyük qalmaqala qarşıbsa, hər şeydən əvvəl hadisənin hüquqi tərəfləri araşdırlmalıdır: “Həmin vəsaitlərin ölkədən necə, hansı yollarla çıxarılması korrupsiyaya qarşı mübarizə qanunvericiliyi çərçivəsində xüsusi araşdırılacaq məsələdir. Əgər söhbət xarici ölkəyə aparılmış 20 milyon dollardan, bu qədər böyük bir məbləğdən gedirsə, əlbəttə, onu cibə qoyub çıxarmaq mümkün deyil. Şübhəsiz ki, burada böyük əməkdaşlıq qurulub. Mövcud qanunvericiliyimizə baxdıqda belə böyük pulların ölkədən bu formada çıxarılması mümkün görünmür. Prokurorluq orqanları Cavanşir Feyziyevin toxunulmazlığının qaldırılması ilə bağlı Milli Məclisə müraciət edib, araşdırmalara başlamalıdırlar”.
Ələsgər Məmmədli sözügedən qalmaqalın deputatın etik davranış qaydalarına da zidd olduğunu vurğulayıb. Hüquqşünas hesab edir ki, onun mandatının ləğv olunması məsələsi gündəmə gətirilə bilər: “Həm qanunvercilikdə, həm də Milli Məclisin daxili nizamnaməsində bu tələb var. Bu məsələ hökmən parlamentdə müzakirə olunmalıdır. Ola bilməz ki, biz ölkəyə investisiya qoymaq üçün çağırışlar edək, hətta ölkə başçısı səviyyəsində xarici investorlar dəvət olunsun, amma uzun müddət deputat olan səlahiyyətli şəxs ölkədən milyonlarla vəsaiti çıxarıb aparsın. Bu vəsaitlərin legitimliyi təsdiq olunmur, vergi orqanlarına ödədiyi vergilərə dair bir məlumat, mal bəyanı yoxdur”.
Ə. Məmmədli xatırladır ki, həmin şəxs deputat seçilərkən MSK-ya mal bəyanında bulunur. “Əminəm ki, həmin bəyanla indi otaya çıxan sərvət arasında ciddi uyğunsuzluq var. Bu istiqamətdə də doğru-dürüst araşdırma aparılıb, cəmiyyətə məlumat verilməlidir. Çünki deputatın ölkədən milyonlar çıxarması sıradan bir hadisə deyil”,-deyə ekspert vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirir ki, Tier 1 (İnvestor) tipli bu vizanı ölkə iqtisadiyyatına 2,5 milyon dollar məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Onun sözlərinə görə, bu viza, ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır:
“Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesi, hansı obyektləri olması da məlumdur və vaxtaşırı siyahıları da mediada dərc olunur. Görünür, indi də sadəcə Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib”.
O. Gündüz məsələnin başqa tərəflərinə diqqət çəkir:
“Zaman-zaman məsələ qaldırırq ki, nə üçün bizdə investisiya mühiti inkişaf etmir, startapların maliyyələşməsi üçün mənbələr tapılmır. Ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq, investisiya əldə edirlər. Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də elə Cavanşir Feyziyevdi. Səhv eləmirəmsə, 10 ildir deputatdır. Dəfələrlə səsləndirilməsinə, təkliflər verilməsinə baxmayaraq, 10 ildə cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə və Vençur Fondlar haqqında qanun qəbul edilməyib. Bu qanun həm də xarici investisiyaların ölkəmizə cəlb olunmasında mühüm rol oynayır. Belə görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib”.
Ekspert əlavə edir ki, ingilislər 2.5 milyon dolların qarşılığında oturum veriblər.
“İndi bu vəsait və biznesə yatırılanlar həbs təhlükəsi qarşısındadır. Təcrübə göstərir ki, adətən ingilislər çirkli hesab olunan pulları aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər. Odur ki, biz də Cavanşir müəllimə və hökumətimizə təklif veririk ki, həmin vəsaiti ingilislərə verməkdənsə elə indidən cəld tərpənib, ölkəmizdə bir Vençur Fondu yaradılaraq, ora yönəldilsin. Ümid edirəm, hökumətimiz də Cavanşir Feyziyevin ekosistemin və innovasiyaların inkişafına verdiyi töhfəni nəzərə alaraq, mandat və toxunulmazlıq məsələsində də güzəştə gedə bilər”, – deyə O. Gündüz vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
|