"İran tərəfdən təxribatçı addımlar davam edərsə, İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalıdır" - deputat
Tarix: 29-08-2022, 09:00 | Çap et
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir: - Qüdrət bəy, Azərbaycanın bütün səylərinə baxmayaraq İran bizə münasibətdə yaxın qonşuluq və dostluq siyasəti yürütmək istəmir. Necə düşünürsünüz doğrudanmı İranın bizə yönəlik bu siyasəti onun strateji maraqlarına cavab verir? - Bilirsiniz, belə bir el misalı var, "xain xoflu olar". Nə etsək xeyri yoxdur. İranın strateji maraqları tələb edir ki, Azərbaycan və türk dövlətləri ilə dost olsun. Həm də ona görə ki, özü də 50 % türk dövlətidir. Bunu anlamaq üçün İranın fars-molla rejimi kəfən-çalmalarını çıxarıb qoymalıdırlar qabaqlarına ki, başları bir az soyusun və soyuq başla bölgədə və dünyada baş verənləri təhlil etsinlər. Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə yanılır. Görünür, ABŞ və Fransanın Qarabağda etnik seperatizmi dəstəkləməsi onları ümidləndirir. Amma anlamırlar ki, Azərbaycana qarşı aparılan aqressiv siyasət, əvvəllər dediyim kimi, İranı ən azı beş yerə parçalaya bilər. Ola bilsin İranın dağılmasını istəyənlər müxtəlif kanallarla onu buna təhrik edirlər. Azərbaycan MDB-nin və Türk Dövlətlər Şurasının üzvüdür, Biz Türkiyə, Rusiya və Qazaxıstanla müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Pakistan ən yaxın dostumuz-qardaşımızdır. İsrail, bir çox ərəb dövlətləri strateji tərəfdaşımızdır. Avropa Birliyinin bir neçə ölkəsi və ABŞ-la bəzi məsələlərə dair fikir ayrılığı olsa da müxtəlif istiqamətlərdə ciddi əməkdaşlığımız var. Ən başlıcası İran vətəndaşlarının, bu isə o deməkdir ki, İran ordusunun yarısı bizim soydaşlardır. İranda nə düşünürlər, bütün bu qüvvələr İran mollalarının avantürüst siyasətinə göz yumacaqlarmı? Yoxsa, İran Ermənistanda ABŞ-ın minlərlə mütəxəssisinin çalışdığı dünyadakı ən böyük səfirliklərdən birinin yerləşdiyini bildiyindən onunla birlikdə özünü çox güclü hesab edir? Bir daha söyləyirəm İranın bütövlüyü və inkişafı Kafanda konsulluq açmaqdan yox, Azərbaycan və Türkiyə ilə dostluqdan keçir. Onlar nəhayət ki, bunu başa düşməlidirlər. - Azərbaycan İranın təxribatlarına qarşı hansı addımları ata bilər? - İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysun. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırılmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır. İranda ana dilində təhsil almaq imkanı olmadığından hər il ən azı 1000 (min) Cənublu soydaşımızın Azərbaycanda pulsuz təhsil alması təmin edilməlidir. İranla mədəni və humanitar sahədə əlaqələr genişləndirilməlidir. Toylarımıza Cənubdan müğənnilər dəvət etməliyik, onların bütün şəhər və qəsəbələrimizdə konsertləri təşkil olunmalıdır. İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimizi açmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq. Bundan başqa idarəetmənin təkmilləşdirilməsi, dünya azərbaycanlıları ilə əməkdaşlığı gücləndirmək məqsədilə Diaspora Komitəsi XİN-in nəzdində bir şöbəyə və ya idarəyə çevrilməlidir ki, XİN səfirliklərimiz vasitəsilə bütün potensialını ilə bu işə cəlb edə bilsin. - Cənublu soydaşlarımızın Azərbaycanda təhsil almalarından danışdınız, amma bu gün belə bir informasiya yayıldı ki, Təhsil Naziri məktəb direktorları ilə görüşdə deyib ki, "məktəblər təhsil vermir və biz bunu bilirik . Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər". Bu məsələyə də münasibət bildirmənizi xahiş edirik. - Təhsil sistemində də digər sahələrdə olduğu kimi problemlər var və biz bu istiqamətdə haqlı tənqidlərin şahidi oluruq.Amma nazirə sistemli hücumların da təşkil olunduğunu görürük. Bilmirəm nazir hansı formada fikirlərini ifadə edib, amma əminəm ki, əsas məqsəd məktəblərdə təhsilin keyfiyyətinin və direktorların məsuliyyətinin artırılması olub. Amma tənqidlə indikindən fərqli və daha yaxşı nəticələrə nail olmağın mümkünlüyünə inanmıram. Repetitorluğun qarşısının alınmasının əsas yolu orta məktəbin buraxılış imtahanlarının nəticəsi əsasında ali məktəblərə qəbulun keçirilməsidir. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam. Ən böyük anormallıq isə odur ki, hər iki imtahanı eyni dövlət orqanı həyata keçirir və hər iki imtahanda məqsəd şagirdlərin biliyinin qiymətləndirilməsidir. Hökumət bir imtahana getmir. Çünki həm DİM-i saxlamaq üçün imtahandan pul yığır, həm də görünür bilirlər ki, müəllimlərin maaşı azdır və istəyirlər ki, Konstitusiya ilə orta təhsil pulsuz olsa da valideyinlər müəllimlərə orta təhsil üçün əlavə pul ödəsin. Kiçik istisnalarla ali məktəblərə qəbul olunanların hamısı repetitor yanına gedir. Repetitorluğun bu günki səviyyəsi orta təhsilin ölkəmizdə pulsuz olmamasının əyani sübutudur. Bundan başqa repetitorluq haqqında qanun da qəbul olunmalıdır. Repetitorluqla məşğul olmaq üçün müəllimlər vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, bir müəllimin eyni vaxtda maksimum iki şagirdlə məşğul olması qaydası müəyyən olunmalı, şagirdlər məktəbdən yayına bilməsinlər deyə öz dərs cədvəlləri barədə repetitora məktəbdən arayış təqdim etməlidirlər. Məktəb binalarında repetitorluq qadağan olunmalıdır. Düşünürəm müəllimlərin maaşını artırmaqla və qeyd etdiyim tədbirləri görməklə bu istiqamətdə fundamental dəyişikliklərə nail olmaq olar. Təki istək olsun. Amma bir çox şəxslərin bundan faydalandığını nəzərə alsaq bu tipli islahatlara gediləcəyini çətin hesab edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|