Rəsmi Bakı bu gün susmamalıdır! - ÇAĞIRIŞ
Tarix: 2-09-2022, 07:45 |
Çap et
DİA.AZ: - "Qarabağdakı separatçı-terrorçu rejim bu gün – 2 sentyabr – qondarma “müstəqillik günü” qeyd etməyə hazırlaşır". DİA.AZ-a bu barədə politoloq Asif Nərimanlı bildirib.
"Saat 16:30-da Xankəndidə “azadlıq” meydanında yürüş keçirəcəklər" deyə vurğulayan A.Nərimanlı bununla bağlı rəsmi Bakıya çağırış da edib:
"Ötən il bu günü məzarlıqda keçirmişdilər, bu dəfə yürüş etmək və bununla “müstəqil respublika” olduqlarını göstərmək istəyirlər. Bakının qondarma günə və separatizm yürüşünə “sürpriz” hazırlaması yaxşı olardı".