"10 min nəfər üzvlə bağlı bizim partiyanın problemi yoxdur" - Əlisahib Hüseynov
Tarix: 10-09-2022, 13:03 | Çap et
"Ötən gün Milli Məclisin saytında yerləşdirilmiş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirələr üçün açıq elan edilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün olduqca mühüm hadisədir". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri layihənin ictimai müzakirəyə çıxarılmasını müsbət addım kimi qiymətləndirib: "Layihənin müzakirəyə çıxarılması ictimai-siyasi mühitdə böyük bir canlanma yaradacaq. Bunu sözügedən layihəyə həm siyasilər, həm media əhli, həm də ekspertlər tərəfindən verilən ilkin reaksiyalardan da görmək mümkündür.
Deməli, yeni qanun layihəsinin ictimai müzakirələr nəticəsində cilalanıb dolğunlaşması, təkmilləşməsi və sonda optimal bir qanun kimi qəbul edilməsi perspektivi artıq bəri başdan təmin edilib. Bəs yeni qanunun qəbul edilməsinə zərurət haradan yaranıb? Bildiyimiz kimi "siyasi partiyalar haqqında" qanun ilk dəfə 1992-ci ildə qəbul olunub. Ötən 30 il ərzində ölkəmiz böyük bir siyasi inkişaf yolu keçib. Həmçinin, torpaqlarımız işğaldan azad edilib, yeni reallıqlar yaranıb. Ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. Məlum məsələdir ki, köhnə qanun yeni dövrün tələblərinə cavab verə bilmir. Çünki 1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanunda bir sıra ciddi çatışmazlıqlar, boşluqlar var. Yeni qanun layihəsinin işlənilib hazırlanması da ilk növbədə məhz həmin çatışmazlıqları, boşluqları aradan qaldırmağa və günümüzün tələblərinə, zamanın çağırışlarına uyğun mükəmməl qanun qəbul edilməsinə xidmət edir".
Ə.Hüseynov vurğulayıb ki, yeni qanun layihəsinin hazırlanması prosesi demokratik və tam şəffaf formada təşkil edilib: "Qanun layihəsinin hazırlanması prosesində siyasi partiyaların iştirakı da təmin edilib. 40-dan çox siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Bu partiyaların arasında rəhbərlik etdiyim Milli Həmrəylik Partiyası da təmsil olunur. Biz də layihə ilə bağlı ilkin təkliflərimizi Milli Məclisə təqdim etmişdik. Müsbət haldır ki, qanun layihəsində bizim də ilkin təkliflərimiz yer alıb. Digər partiyaların da təkliflərinin nəzərə alındığı barədə məlumatımız var. Siyasi partiyaların bu prosesə fəal surətdə cəlb olunması təqdirəlayiq haldır. “Siyasi partiyalar haqqında” qanunun bu yeni layihəsi həm siyasi qüvvələr tərəfindən geniş müzakirə edildikdən, həm də vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə ictimai müzakirələrdən sonra qəbul olunacaq. Əminik ki, qanun qəbul edildikdən sonra mövcud siyasi sistemimiz, eləcə də dövlət-partiya münasibətləri, partiyaların təbliğat və təşviqat imkanları daha da təkmilləşəcək və partiyaların cəmiyyətdəki rolu yeni məzmun qazanacaq, yeni keyfiyyət halı alacaq".
Partiya rəhbəri qeyd edib ki, qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən dinləmələrə, müzakirələrə də dəvət olunacaqlar: "Ona görə də biz Milli Həmrəylik Partiyası olaraq hazırda yeni qanun layihəsinin müddəaları ilə, detalları ilə yaxından tanış olur, təhlillər edirik.
“Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə təkan verməsi üçün əsas təkliflərimizi təqdim edəcəyik. Əlbəttə, layihədə təqdir etdiyimiz və dəstəklədiyimiz bir çox müddəalarla yanaşı, redaktəsini vacib hesab etdiyimiz və yaxud dəyişdirilməsini zəruri hesab etdiyimiz məqamlar da var. Düşünürük ki, siyasi partiyaların əsas subyekti olan və qanun layihəsinin də bilavasitə şamil olunduğu siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri mütləq nəzərə alınacaq. Heç kimin təklifi gözardı edilməyəcək. Odur ki, narahatlıq üçün də heç bir əsas görmürük. Partiyaların qeydiyyatı üçün minimum 10 min nəfər üzvün olması tələbi də oturuşmuş, təşkilatlanmış partiyaları qətiyyən narahat etməməlidir. Milli Həmrəylik Partiyası olaraq bizim belə bir narahatlığımız və problemimiz yoxdur. Çünki həm paytaxtda, həm də bölgələrdə yerli təşkilatlarımız fəaliyyət göstərir, üzvlərimizin sıraları genişlənir. Təşkilatçılıq ənənələri güclü olan və kadr potensialı, insan resursları geniş olan partiyaların yeni qanun layihəsindəki tələblərin öhdəsindən gələcəyi şəksizdir. Zənnimizcə, bu qəbildən olan tələblər siyasi mühitdə təmərküzləşməyə gətirib çıxaracaq. Böyük siyasi partiyaların formalaşmasına zəmin yaradacaq, həmçinin partiyaların çevikliyini, siyasi rəqabət imkanlarını stimullaşdıracaq. Bu baxımdan, biz bu qanunun gətirəcəyi yeniliklərə açıq olmalıyıq. Çünki yeni qanun siyasi proseslərə dinamika gətirəcək və demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
|