"Bəyəm bu torpaq sizindir ki, bunu müzakirəyə çıxarırsınız?" - Keçmiş nazir
Tarix: 3-10-2022, 09:13 | Çap et
DİA.AZ bildirir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Reyting.az-a müsahibəsində Ermənistanda və regionda müşahidə olunan son proseslərdən danışıb.
T. Zülfüqarovla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır, amma Qarabağdakı ermənilərlə - yəni separatçılarla danışıqları rəsmi Bakı özü aparmalıdır. Paşinyan bununla hansı mesaj verir?
- Hesab edirəm ki, bu, Paşinyanın müvəqqəti mövqeyidir. Yaxşı olardı ki, kiminlə danışıq aparmağımızla bağlı bizə məsləhət verməsin, buna ehtiyacımız yoxdur.
Amma Nikol Paşinyan və erməni hökuməti başqa bir bəyanat səsləndirməli, Azərbaycanın bu və ya digər bölgəsi ilə bağlı siyasətini tam dayandırmalıdır. Söhbət nədən gedir?
Paşinyan bizə lazımsız məsləhətlər verir, amma eyni zamanda Ermənistanın bizim daxili işlərimizə qarışması prosesi də davam edir. Ermənistanın dövlət büdcəsindən separatçı qurumun strukturları üçün maliyyə ayrılmasını nəzərdə tuturam.
Xankəndi şəhərində erməni silahlı qüvvələri, separatçıların əlində silah tutan qrupları mövcuddur. Təbii ki, silahlar Ermənistandan gəlir. Odur ki, Paşinyanın bu bəyanatı onun müvəqqəti mövqeyidir. Paşinyan lazımi bəyanatı verməyincə, Azərbaycan siyasi təzyiqini davam etdirməlidir.
- Siz hansı bəyanatı nəzərdə tutursunuz?
- Ermənistan Azərbaycanın hər hansı bölgəsi ilə bağlı fəaliyyətini tam dayandırmalı, belə müdaxilələrə son qoymalıdır. Yəni Ermənistan Azərbaycanın hər hansı bir ərazisi ilə əlaqəli siyasətindən imtina etdikdən sonra saziş imzalana bilər.
İndi erməni cəmiyyətində “Biz Qarabağı verək, ya verməyək”,- mövzusunda müzakirələr gedir. Bəyəm bu torpaq sizindir ki, bunu müzakirəyə çıxarırsınız? Siz kimsiniz ki?
- Hazırda sabiq prezident Levon Ter-Petrosyan, Robert Koçəryan, Nikol Paşinyan və digərləri fərqli mövqelər səsləndirirlər. Siz erməni cəmiyyətində indiki ab-havanı necə xarakterizə edirsiniz?
- Erməni cəmiyyətinin indiki vəziyyəti ziddiyyətlidir.
Birincisi, cəmiyyətin bir qrupu öz məğlubiyyətini etiraf və qəbul etmək istəmir.
İkincisi, cəmiyyət anlayır ki, hərbi baxımdan onların elə bir şansı yoxdur.
Üçüncüsü, belə rəy formalaşır ki, kənardan kimsə gəlib onları müdafiə etməyəcək.
Öncədən Rusiyanın onların yerinə savaşmaq fikrində olmadığını gördülər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvan səfərindən sonra erməni cəmiyyətində müəyyən illuziyalar yarandı. O mənada ki, sabah Amerika gəlib onlara kömək edəcək. Eləcə də İran, Hindistan və s. coğrafiyalara “səyahət” edirdilər. Amma indi anlayırlar ki, onların yerini heç kim tutmaq, kömək etmək istəmir.
Ən vacibi odur ki, erməni cəmiyyəti müharibə istəmir, savaşdan qaçırlar.
Açığı, Vətən müharibəsi zamanı ermənilərin ağır itkiləri cəmiyyəti qorxudub. Sanki onların ruhunu sındırıb. Şokdan ayılıblar, amma qorxu qalır. Çünki şok nəticə olub. Bilirlər ki, azərbaycanlılar öz torpaqları uğrunda ölməyə hazırdır. Amma ermənilər Qarabağ və ya Zəngəzur naminə ölmək istəmir. Bəli, dünyaya səs-küy salır, kimisə çağırır, ağlaşırlar, lakin vuruşmaq istəmirlər.
- Nikol Paşinyan deyir ki, Azərbaycan-Ermənistan sərhədlərinə üçüncü qüvvə yerləşdirilməlidir. Bunu deyərkən, böyük ehtimalla NATO, BMT və ya ATƏT tərkibində hansısa hərbi qüvvələri nəzərdə tuturlar. Paşinyan bu gedişlə nəyə nail olmaq istəyir?
- Bu istəkləri çoxdandan var. Onlar Vətən müharibəsindən öncə bu niyyətlərini gerçəkləşdirməyə çalışırdı. Buna yönəlik təxribatları olurdu, çalışırdılar ki, rusları prosesə cəlb etsinlər. Yenə bu istək davam edir. Yəni insan qorxur, eyni zamanda öz davranışını davam etdirmək istəyir. Bunu da həyata keçirmək və təmin etmək üçün hansısa qüvvəni köməyə çağırır. Bu, ermənilərin aydın psixoloji mühitini əks etdirən vəziyyətin izahdır.
Reallığa gəldikdə, texniki baxımdan da Azərbaycan ilə Ermənistan arasında müşahidəçi yerləşdirmək mümkün deyil.
Paşinyan BMT-də çıxışında deyirdi ki, siz Ermənistanı harada görürsünüz, hətta kvadratkilometrdən bəhs edirdi. Onlar hələ bəyan etməyiblər ki, Ermənistanın Qarabağa heç bir aidiyyəti yoxdur. Əvəzində məsləhət görürlər ki, Azərbaycan oradakı separatçılarla danışsın. Sən döyülmüsən və burnunu bir daha bura soxma!
Əslində Ermənistanla bağlı çox mürəkkəb siyasi problemin çox sadə bir izahı var: Azərbaycanın hər hansı ərazisi ilə bağlı siyasətini dayandır, bunu elan et, sonra sülhdən danış! Bu tərəfdən sülhdən danışmaq, o tərəfdən Azərbaycan ərazisindəki separatçı quruma yardım ayırmaq qəbuledilməzdir.
- Ermənistan Baş Qərargah rəisinin müavini Arakel Martikiyan deyib ki, əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur. İddialar var ki, ermənilər qüvvələrini Zəngəzur istiqamətinə cəmləyir. Sizin gözləntiniz necədir?
- Hamı başa düşür ki, Ermənistan siyasi elitası ciddi seçim qarşısındadır. Ya məğlubiyyəti qəbul edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidirlər, ya da məhv ediləcəklər.
Təsəvvür edin ki, baş nazir bunlara əmr verir. Əslində isə ortaya sual çıxır: qalib gəlmək üçün əmriniz çatışmırdı ki? Bəyəm əmr yox idi ki, hesab etdikləriniz sərhədləri müdafiə edəsiniz? Söhbət nədən gedir? Sonda deyəcəklər ki, hərbçilər bacarmadı.
- Siz hərbi qarşıdurma gözləyirsinizmi?
- Hesab edirəm ki, indiki mərhələdə ermənilərdə müəyyən eyforiya hiss olunurdu. Düşünürdülər ki, ay Fransa gələcək, ay ABŞ və yaxud İran gələcək və s. Məncə, bir müddət lazımdır ki, onlar bu “eyforiya xətəliyindən” xilas olsunlar. İstisna etmirəm ki, ermənilərin “tam müalicəsi” üçün daha bir-iki zərbə vurmaq lazım gələcək.
Təcrübə göstərir ki, Paşinyan özünü sığortalayıb. Onun çıxışını “Harparak” qəzeti yayıb. Orada təxminən belə bir məsələ qaldırıb ki, camaat döyüşə hazırlaşsın, biz belə qərar verə bilərik. Bu, bir növ sualdır ki, camaat vuruşmaq istəyir, ya yox? Yəni məğlubiyyəti qəbul etmirsiniz, Xankəndindən şüar səsləndirirsiniz, bəs belə bir şəraitdə nə edək?
Paşinyan maraqlı bir məqamı da açıqlayıb. Deyir ki, Azərbaycanla danışıqların təfərrüatını keçmiş prezidentlərə göndərmək istədim, amma biri də razılıq vermədi. Bir sözlə, orada daxili siyasi mübarizə gedir.
- Siz hələ müharibədən əvvəl deyirdiniz ki, N. Paşinyan Qərb xəttini seçəcək. İndi bunun elementləri açıq görünür. Ermənistanda KTMT-dən çıxmaq məsələsi ictimai müzakirədədir, Rusiya əleyhinə aksiyalar olur və s. Necə düşünürsünüz, rəsmi İrəvan yaxın dövr üçün hansı siyasəti tətbiq edəcək?
- Bu, Ermənistanın seçimi deyil. Hələ müharibədən əvvəl Rusiyada Ermənistanla bağlı “lazımsız çomadan” ifadəsi işlənilirdi. Yəni Ermənistan lazımsızdır. İndi vəziyyət necə dəyişibsə, Rusiyanın Ermənistanı öz “qucağında” saxlamaq istəyi yoxdur və ya artıq çox zəifləyib. Əslində bu, tarixi prosesdir. Hadisələrin başqa cür inkişaf edəcəyi də mümkün görünmür.
Ermənistanın Qərbə meylinin sadə səbəbləri var. Əvvəl Rusiya onlara silah, maliyyə, kredit verirdi. Eləcə də Rusiyada yüz minlərlə erməni işləyib ölkəsinə pul göndərirdi. Bunun sayəsində Ermənistanda qalan ermənilər dolanırdı. İndi Rusiyanı kim əvəz edəcək? Ermənistanda yaşayan 1,5 milyon ermənini kim dolandıracaq?
Onlar Qərbə ona görə getmirlər ki, Qərb dəyərlərini sevir, Rusiyanı isə istəmirlər. Ermənistanda hesab edirlər ki, ən azı Qərbdən pul qoparmaq olar. Qərbə ona görə üz tuturlar ki, təhlükəsizliyi təmin edə, sərhədə müşahidəçilər gətirə, pul ala bilsinlər ki, Hindistandan və başqa ölkələrdən silah alsınlar. Yəni axtarışdadırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|