"Mənə qarşı bu sayğısızlığı heç Vasif Talıbov da etməmişdi" - Heydər Oğuz
Tarix: 1-01-2024, 09:32 | Çap et
Oxucularımdan biri yazır ki, sən Naxçıvana səfər edəndə satın alınacağını düşünmüşdüm. İndi isə paylaşımlarını oxuyur, yanıldığımı anlayıram.
Dəyərli Oxucum, mən bir qələm əhli olaraq Səni həmişə özümün əfəndim hesab etmişəm və özümü Sənin qarşında hesabat verəcək şəxs qismində görmüşəm. Odur ki, Naxçıvan səfərimlə bağlı Səni narahat edən bir çox məqamlara aydınlıq gətirmək istəyirəm.
Məsələ burasındadır ki, Sən həqiqətən də yanılmamısan. Naxçıvan səfəri zamanı və ordan qayıtdıqdan sonra baş verən bir sıra hadisələr göstərir ki, mən Naxçıvana doğrudan da satın alınmaq üçün dəvət olunmuşdum. Başqa sözlə, “Arkoz”un yeyintilərə yol verməsi, inşa etdiyi tikililərin keyfiyyətsizliyinin ifşası bu səfərin sadəcə məqsədlərindən biri idi. Amma əsas məqsədi deyildi. Daha doğrusu, mənim həmin turda iştirakımın həm də başqa bir məqsədi vardı. Yəqin razılaşarsınız ki, bu ifşa mənsiz də baş verə bilərdi. Bəs mən oraya həm də nəyə görə dəvət olunmuşdum, istəyirəm, bu məqama aydınlıq gətirəm.
Naxçıvanda olarkən, yerli hakimiyyətə yaxın dairələr tərəfindən iki mühüm təkliflə qarşılaşdım. Bunlardan biri “qızcığaz”la barışmağım idi. Bir neçə dəfə israrla təkrarlanan bu təklifə ən son verdiyim cavab belə oldu: “O “qızcığaz”ın fəaliyyətində beynimi qurcalayan bəzi məqamlar var ki, bunlar dövlətimin təhlükəsizliyi məsələləri ilə əlaqədardır. Bir neçə ay davam edən məhkəmə prosesi zamanı mənim şübhələrim ortadan qalxmadı. Onun barəsində hansısa terrorçu təşkilata yaxınlığı ilə bağlı soruşdurma niyə açılmışdı, 3 il sərasər davam edən bu soruşdurmanın real motivləri var idimi, “xan” həzrətləri öz vəzifə səlahiyyətlərinə aid olmadığı halda niyə bu işin istintaqına mane olmuşdu və s. kimi suallara cavab tapmayanadək mən onunla dost masasında oturub söhbət etmərəm. Bir daha mənə eyni təkliflə gəlsəniz, səfərimi yarıda buraxıb geri qayıdacağam”. Mənim hazırda ifadə edə bilmədiyim, əslində ifadə etməyə də lüzum görmədiyim kəskinlikdə və hətta kobudluqla verilmiş bu kəskin reaksiyamdan sonra o təklif birdəfəlik gündəlikdən çıxdı.
Mənə edilmiş ikinci təklif Naxçıvanda və Bakıda Ovqat.com-un redaksiyasını açmaq idi. Mən də buna maddi imkanımın çatmadığını bildirmişdim. Redaksiyamızın və Naxçıvan ofisimizin qurulması üçün nə qədər vəsait tələb etdiklərini soruşmuşdular. Bildirmişdim ki, mən kiminsə pulu hesabına özümə redaksiya açmaram: “Ya özüm bu pulu hardansa alın tərimlə qazanar və redaksiyamın imkanlarını genişləndirərəm, ya da indiki kimi axsaya-axsaya yürüyərəm. Və axsaqlıq Əmir Teymurun cahangirliyinə kölgə salmadığı kimi, mənim də jurnalistliyimə xələl gətirməz. Amma kiminsə qarşısında dilimi gödək edəcək vəsait mənim şəxsiyyətimi alçaldar, özümü özümün gözündən salar. Bəlkə dövlət bu təşəbbüsdə bulunarsa və mənim onun qarşısında milli maraqlar çərçivəsində qalmaqdan başqa hər hansı öhdəliyim olmazsa, rəsmi ianəni qəbul edərəm. Siz isə bunu təmin edəcək tərəf deyilsiniz”.
Onu da deyim ki, Bakıdan Naxçıvana gedərkən yoldaşım islaq salfetka ilə komputerimi sildiyindən klavyaturasına zərər dəymişdi. Bir hərf yazmaq istərkən onunla bərabər bir neçə hərf də yan-yana düzülürdü. Mən də komputerimdəki bu nasazlığı aradan qaldırmağa fürsət tapmadan Naxçıvana getmişdim. Odur ki, orda gördüklərimi qeyd edə və paylaşa bilmirdim. Qısası, ianə təklifləri geri çevirdikdən sonra özüm də istəmədən tərəf müqabillərimə yaxşı bir bəhanə vermişdim – mənə təzə komputer hədiyyə edilməsi. Təbii ki, bu təklifi də geri çevirdim. Hətta Naxçıvan həqiqətlərini ictimaiyyətə obyektiv çatdırmaq üçün “qonorar pulu”ndan da imtina etdim. Və onu da deyim ki, bütün bu təkliflər israrla dilə gətirilirdi.
Naxçıvandan qayıtdıqdan sonra gördüyüm, lentə aldığım bütün həqiqətləri işıqlandırdım və “Arkoz”un təkziblərini də verdim. Amma açığını deyəcəyəm, könlüm Naxçıvanın yeni hakimiyyətindən yana idi və mən bu məsələdə onu tamamilə haqlı hesab edirdim. Əslində indi də fikrim tam dəyişilməyib, qənaətlərimə ağır şübhə dumanı çöksə də.
Soruşa bilərsiniz, şübhə dumanı hardan qaynaqlanır?
Məsələ burasındadır ki, Naxçıvandan qayıtdıqdan və “Arkoz”la bağlı yazılarımı bitirdikdən az sonra ən azı mənim nəzərimdə üzərindən hansısa terrorçu təşkilatla əməkdaşlıq şübhəsi qalxmamış “qızcığaz” Muxtar Respublikanın rəsmi qəzetinə baş redaktor vəzifəsinə təyin olundu. Naxçıvandakı mənbələrdən aldığım məlumata görə, onun sərəncamını Ali Məclisin sədr əvəzi Anar İbrahimov imzalasa da, bu təşəbbüs “canişin” əfəndi tərəfindən irəli sürülübmüş. Hətta eşitdiyimə görə, Anar İbrahimov bu sərəncamı imzalamamaq üçün 10 gündən çox dirənib, sonunda basqılara tab gətirə bilməyib və ondan istənilən imzanı atmaq məcburiyyətində qalıb.
Mənim Naxçıvana səfərim zamanı qarşıma qoyulan təklifləri və ardınca da bu təyinatı üst-üstə qoyanda fərqli nəticələr ortaya çıxır. Belə anlaşılır ki, mən Naxçıvana “qızcığaz”ın təyinatına səs çıxarmamaq üçün satın alınmaq məqsədilə dəvət olunmuşdum. Bax, bu bayram günündə, Sərhəd hərəkatının iştirakçısı olmağıma baxmayaraq, məni sevinməyə qoymayan, ovqatımı təlx edən də budur – mənə satın alınacaq meta kimi baxılması. Özü də kimin naminə? – “qızcığaz”ın. Yəni mən – Naxçıvanın az-çox qələmi olan, şeiri ilə, yazıları ilə o diyarı vəsf edən, canişin əfəndi hansısa özəl şirkətdə pul qazandığı bir zamanda Vasif Talıbov zülmünə qarşı dirəniş göstərən bir şair-publisist, hansısa “qızcığaz”a Yeni il xonçasında ən dəyərli hədiyyə kimi təqdim olunmaq üçün öz məmləkətinə dəvət edilibmiş. İnandırım sizi, heç Vasif Talıbov da Naxçıvandan çıxmış bir qələm əhlinə (ziyalı demirəm ki, təvazökarlıqdan uzaq səslənər) qarşı bu tərbiyəsizliyi göstərməmişdi.
Və bu müqəddəs gündə Naxçıvan camaatı qarşısında söz verirəm ki, mən bu həqarəti cavabsız buraxmayacağam. Nəyin bahasına olursa olsun, mənə satın alınacaq meta, “qızcığaz”a Yeni il hədiyyəsi kimi baxan zehniyyətə, başda da “canişin” əfəndi olmaqla, layiq olduqları yeri göstərəcəyəm.
Müəllif: Heydər Oğuz - Mənbə: ovqat.com Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
|