"Ermənilər xeyli vaxtdır bir ifrat haldan digərinə yıxılır" - Partiya sədri
Tarix: 24-01-2024, 08:56 | Çap et
ABŞ və Ermənistan arasında müəyyən məlumat mübadiləsi aparılıb və belə görünür ki, NATO Ermənistanı “təhlükəsizlik yastıqları” ilə təmin etməyə çalışır. Bunu beynəlxalq əlaqələr üzrə erməni mütəxəssis David Karapetyan son vaxtlar Ermənistanda keçirilən yüksək səviyyəli görüşləri təhlil edərək deyib.
“NATO Ermənistanı müəyyən "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışır, xüsusilə Azərbaycanın mümkün “təxribatları və hərbi təcavüzü” halında. Güman edə bilərik ki, ABŞ müəyyən zəmanətlər təklif edib. Ermənistan-NATO əməkdaşlığı ölkəmizin 1994-cü ilin oktyabrında qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramına əsaslanır. Proqram NATO və Avropa ilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının stimullaşdırılmasını nəzərdə tutur. Amma bu günə kimi heç kim hərbi-siyasi alyansa üzv olmaq təklifi almayıb. Yəni bizim NATO-da iştirakımızdan söhbət gedə bilməz. Məncə, məsələ ondadır ki, Ermənistan indi öz xarici siyasətinin vektorunu dəyişir və geosiyasi mərkəzlər təbii ki, sözdə təminatlar verməklə, Rusiyanı mümkün qədər ölkəmizdən sıxışdırmağa çalışırlar"- o bildirib. Karapetyan əlavə edib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Azərbaycanın “hərbi təcavüzü” hallarında Ermənistan kollektiv Qərbdən heç bir əməli təminat görməyib: “Ona görə də indi Qərbdən və ya NATO-dan təminatlardan danışmaq fantastik janrdan başqa bir şey deyil, çünki indiyədək Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib”.
Son aylarda ABŞ-dan Ermənistana səfərlər, Azərbaycanın guya Ermənistana qarşı hərbi əməliyyat keçirəcəyi barədə əsassız məlumatların tirajlanması heç şübhəsiz ki, Ermənistanla bağlı ssenarilərin tərkib hissəsidir. Qərbdəki havadarları hər cür vasitələrə əl atırlar ki, Ermənistanı Rusiyadan ayırsınlar və öz tərəflərinə çəksinlər. Düzdür, Rusiyanın hərbi bazasını minimum 2049-cu ilədək öz ərazisində saxlamaq öhdəliyi götürən Ermənistanın Kremlə qarşı çıxmağa cəsarəti çatmır, hətta KTMT-dən ayrılmağa belə cürət etmir. Eyni zamanda bu ölkənin NATO və ya Avropa İttifaqına daxil edilməsi də üfüqdə parıltı kimi də olsa, görünmür, bu barədə müəyyən açıqlamalar, sadəcə, həvəsləndirmə məqsədi güdə bilər. Amma görünən budur ki, İrəvanı öz “orbitindən” çıxmağa həvəsləndirənlər xeyli aktivləşib. Məsələn, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin növbəti anti-Azərbaycan bəyanatı, Azərbaycanın guya Ermənistan ərazilərinə iddiası barədə əsassız fikirləri də Ermənistanı daha sıx ağuşa almağa hesablanıb. Yeri gəlmişkən, rəsmi Bakı artıq məsələyə reaksiyasını verib. “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin iddialarını şərh edərkən deyib. “Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır”, - XİN sözçüsü bildirib. Göründüyü kimi, Qərb strukturları və rəsmiləri sanki eyni mərkəzdən idarə olunurmuş kimi davranırlar.
Maraqlıdır, Ermənistanın NATO “çətiri” altına alınması ehtimalı ilə bağlı səslənən iddialar nə qədər əsaslıdır? Hər halda, Rusiya amili, KTMT, Avrasiya İqtisadi Birliyi və sair məsələlər var. Üstəlik, Kreml vaxtaşırı İrəvana xəbərdarlıq mesajları ünanlayır və Rusiya-Ermənistan hərbi əməkdaşlıq məsələlərini xatırladır.
Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, təbii olaraq Ermənistanın NATO üzvü olması kiminsə istəyi ola bilər, amma bunun reallaşma məsələsi bu gün üçün heç bir əsas və şərait yoxdur: “Səbəb isə Ermənistanın KTMT üzvü olmaması ilə yanaşı, MDB məkanında təmsil olunması, Türkiyə ilə sərhədi və ən başlıcası Rusiyanın Ermənistanda hərtərəfli mövcudluğudur. Təbii ki, NATO üzvlüyü birbaşa Rusiyanın əleyhinə yönələn məsələdir. Bu mənada səslənən iddialar daxili auditoriyanı sakitləşdirməklə yanaşı, həm də Qərbə yaxınlaşmaq arzusundan və bundan da müəyyən siyasi divident götürmək istəyindən irəli gəlir”. A.Nağıyev hesab edir ki, NATO hazırda blokun Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir və İrəvanın özü də təşkilata üzv olmaq üçün müraciət etməyib: “Ermənistandan alyansa qoşulmaq üçün rəsmi müraciət olmayıb. "Eagle Partner 2023" Amerika-Ermənistan birgə təlimləri Ermənistan sülhməramlı briqadasının “Zar” təlim mərkəzi və Respublika Müdafiə Nazirliyinin təlim mərkəzinin bazasında keçən il baş tutub. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edirdi. Bu da Ermənistan qoşunlarının məhz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində planlı qiymətləndirmələrə hazırlanan bir təlim idi. Hazırda Ermənistanın KTMT-dən çıxması və NATO-ya müraciət etməsi üçün heç bir real ilkin şərt yoxdur. Birincisi, bu, Rusiya ilə münasibətlərin çox ciddi gərginləşməsi deməkdir. İkincisi, bu, Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını dəyişməyə başlayacaq bir proses olacaq. Məlumdur ki, əsas təhlükəsizlik tərəfdaşını dəyişdirmək çox vaxt fəlakətlə nəticələnə bilər. Eyni zamanda KTMT-dən nəzəri çıxış avtomatik olaraq NATO-ya daxil olmaq demək deyil". Deputat qeyd etdi ki, bu mövzuda əsassız məlumatların yayılmasının da səbəbləri var: “Belə ki, İrəvanla KTMT arasında münasibətləri normal adlandırmaq olmaz, xüsusən də nəzərə alsaq ki, Ermənistan 2023 cü ildə iki dəfə birgə manevrlərdə iştirakdan imtina edib. "Sarsılmaz Qardaşlıq - 2023" və Belarusda keçirilən nüvə obyektində qəzanın aradan qaldırılması üzrə təlimdə iştirak etmədi və ən başlıcası Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının birgə bəyannaməsini imzalamadı. Yəni bu sadalananlar, sadəcə olaraq, əsas səbəblərdir. Qərb mütəmadi olaraq bu məsələləri qabartmaqla sanki “nəbz yoxlaması” keçirir. Bir daha qeyd etmək lazımdır ki, hazırda Ermənistanın KTMT-dən çıxması və NATO-ya müraciət etməsi üçün real ilkin şərtlər mövcud deyil və Qərb də, Rusiya da bunu dərk edir..."
Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, ABŞ birbaşa və yaxud NATO çətiri altında müxtəlif ölkələrdə mövcudluğunu təmin etməyə çalışır: “Bunun üçünsə ölkələrin təhlükəsizliyinə təminat verəcəyini vəd edir. Alyans vaxtilə bu ad altına Mərkəzi və Qərbi Avropada, Yaxın Şərqdə, qismən Afrikada silahlı qüvvələrini yerləşdirib. Son illər bu praktikanı Gürcüstan və Ukraynada tətbiq edib. Bütün hallarda həmin ölkələrin ümidləri axıra qədər doğrulmayıb. ABŞ isə əsas məqsədinə nail olub, hərbi və ya siyasi mövcudluğunu təmin edib, müəyyən vaxtdan sonra bu, mümkün olmadıqda, həmin ölkələri talenin ixtiyarına buraxıb, "əllərini yuyub", kənara çəkilib". A.Nağı Ermənistanın manevrlərinə də diqqət çəkdi: “Ermənilər xeyli vaxtdır bir ifrat haldan digərinə yıxılır, özlərinə "təhlükəsizlik kəməri", yaxud “balış”ı axtarırlar. Bunu NATO-da tapacaqlarına ümid edirlərsə, yanılırlar. Rusiya, eyni zamanda İran buna heç vəchlə imkan verməyəcək. Nəticədə Ermənistan növbəti hərbi poliqona çevriləcək. ABŞ və NATO Əfqanıstan, Suriya, Gürcüstan, Ukraynada olduğu kimi heç kəsin, o cümlədən ermənilərin əvəzindən vuruşmayacaq, kənara çəkiləcək. Ondan sonra Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Bizim bədbəxtliyimiz ermənilərin xoşbəxtliyini şərtləndirir. Yəni biz erməni qonşuluğu ilə bədbəxtik, ermənilər isə Türkiyə və Azərbaycanın qonşuluğu ilə xoşbəxtdirlər. Onlar, sadəcə, bu xoşbəxtliklərini dəyərləndirə bilmirlər. Başa düşmürlər ki, onların təhlükəsizliyinə təminatı biz verə bilərik. Orada-burada “təhlükəsizlik balışı” axtarmaqları axmaqlıqdan başqa bir şey deyil".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|