Prezidentliyə namizəd “Kristal Abşeron”dan edilən ŞİKAYƏTLƏRDƏN danışdı - AKTUAL
Tarix: 5-02-2024, 14:00 | Çap et
Son illərdə tikinti şirkətlərinin inşa etdiyi binaların keyfiyyətindən müxtəlif səpkili şikayətlərə rast gəlmək olar. Payçıları xüsusən narahat edən tikilən binaların beton keyfiyyəti, zəlzələyə davamlılığının olmasıdır. Habelə, MTK-lar mənzillərin kvadratmetrində insanları aldadır, onların hüquqlarını pozur. Hətta bu günlərdə məlum olmuşdu ki, o şirkətlərdən biri – “Kristal Abşeron”ın binası əyilib. Söhbət bu qədər reklam edilən “Qobu Park” layihəsindən gedir. Təsəvvür edin ki, müasir dönəmdə şirkət bina tikir, o da əyilir. Bundan başqa, “Park Yasamal” layihəsinə aid sosial şəbəkədə vətəndaşlar bəzi iddialar səsləndirmişdi. Maraqlıdır, nə üçün tikinti şirkətləri ilə bağlı konkret addımlar atılmır? Bu gün dövlət qurumları tərəfindən onların işinə nəzarət mexanizmi lazımı səviyyədə qurulubmu? Bu mövzuda Tribunainfo.az-a danışan Prezidentliyə namizəd Fuad Əliyev qeyd edib ki, ümumiyyətlə, onun seçki platformasında göydələn tikintisi ilə bağlı konkret təkliflər var: “Mən İctimai Televiziyada çıxışlarımda, mətbuata müsahibələrimdə açıqlamışam ki, Bakıda və bölgələrdə 7 mərtəbədən artıq bina tikilməsinə icazə verilməməlidir. Bildirmişəm ki, bu barədə dövlətin sərt qərarı və nəzarəti olmalıdır. Çünki həm təhlükəsizlik, həm zəlzələyə dözümlülük cəhətdən vacibdir. Sovet dövründə maksimum 9 mərtəbəli binalar tikilib, uşaqlar üçün istirahət yerindən tutmuş qarajlara qədər təmin olunub. Hazırda 19-20 mərtəbəli binalar tikən şirkətlər avtopark üçün normal yer saxlamır, sıxlıq olur, üstəlik, zəlzələyə dözümlülüklə bağlı insanlarda ciddi narahatlıq və təşviş var. Ona görə də təklif edirəm ki, 7 mərtəbədən hündür bina tikilməsi qadağan olunmalıdır. Üstəlik, mənzillərin bölgüsü, keyfiyyətli beton işi və digər məsələlərdə heç də şirkətlər tikinti normalarına həmişə əməl etmirlər. O baxımdan “Kristal Abşeron” şirkəti üçün də bu məsələ keçərli ola bilər. Elə şirkətin “Qobu Park” layihəsi haqda verilən məlumat göstərdi ki, düzgün iş aparılmayıb”. Prezidentliyə namizəd bildirib ki, mətbuatda, sosial şəbəkələrdə “Kristal Abşeron” və eləcə də başqa tikinti firmaları barəsində şikayətlərə rast gəlmək mümkündür: “Biz vətəndaşların müraciət və şikayətlərini izləyirik, qeydə alırıq. Onların sosial problemlərini aidiyyatı qurumlar qarşısında qaldırırıq. Bilirsiniz ki, mən “Müstəqil Həmkarlar” İctimai Birliyini təsis edənlərdən biriyəm və komandamız vətəndaşların müxtəlif sosial problem, şikayətlərini araşdırır, müraciətləri yoxlayıb qurumlara yönəldirik ki, insanların şikayətinə baxılsın. Bu mənada “Kristal Abşeron”dan edilən şikayətlər, mətbuatda gedən xəbərlər barəsində bizim ictimai birlik tərəfindən araşdırmalar aparılması mümkündür. Həmçinin, bizim “qaynar xətt” var və hər bir vətəndaşımız hansı məsələdə narazıdırsa, zəng açaraq müraciət edə bilər. Misal üçün “Kristal Abşeron”dan şikayət edənlərdən biri mətbuata demişdi ki, “Qobu Park”da binanın üstü keyfiyyətsiz təmir edildiyindən nəmişlik olur, nəticədə mənzildəki divarlar kif bağlayır. Yəni bu narazılıqlar varsa, deməli, tədbir görülməlidir ki, sakinlər şikayət etməsinlər. Onlar pulu nəmişlik, kif üçün verməyib”. Fuad Əliyev hesab edir ki, bütövlükdə hər bir tikinti şirkəti işini vicdanlı görməlidir: “Əvvəla, qanunlara, tikinti normalarına əməl etmək onların borcudur. İkincisi, nəzərə almalıdırlar ki, insanlar əziyyətlə, kreditlə, çətinliklə mənzil alır, ev sahibi olanda sevinirlər, amma onlara keyfiyyətsiz mənzillər satılanda ortaya belə problemlər, ziddiyyətli məsələlər çıxır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|