Əvvəl parlament, sonra bələdiyyə seçkiləri? - AÇIQLAMA
Tarix: 16-02-2024, 11:06 |
Çap et
"Hesab edirəm ki, yaxın vaxtlarda yeni parlament seçkiləri keçiriləcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, parlamentin vaxtından əvvəl vuraxılıb, yeni seçkilərin keçirilməsi real görünür:
"Bu il noyabr ayında parlament, dekabr ayrında isə bələdiyyə seçkiləri keçiriləcəyi gözlənilir. Bu baxımdan parlament seçkilərinin önə çəkilməsi mümkün olan hadisədir".
Qulamhüseyn Əlibəyli bununla bağlı müəyyən əsasların olduğunu vurğulayıb.