"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?" - deputat
Tarix: 27-03-2024, 08:42 | Çap et
Dünyanın müxtəlif beynəlxalq təşkilatları 2023-cü ilin yekunlarına dair müxtəlif ölkələrdə insan haqları və medianın durumu ilə bağlı hesabatlar yayıb.
Həmin hesabatların Azərbaycanla bağlı bölümündə ölkəmizdəki vəziyyət tənqid olunur.
Son zamanlar baş verən həbslər də Azərbaycanla Avropa İttifaqı və ABŞ arasında da gərginlik yaradıb.
Ancaq Azərbaycan hökuməti insan haqları ilə bağlı tənqidləri ciddiyə almır.
Elə Avropa Şurasının İnsan Hüquqları Üzrə Ali Komissarı Dunya Miyatoviç də son bəyanatında hökumətin çağırışlara əhəmiyyət vermədiyini deyib.
Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya müsahibəsində beynəlxalq qurumların iddialarına dair sualları cavablandırıb.
–Naqif bəy, yəqin ki, dünyanın nüfuzlu təşkilatlarının 2023-cü illə bağlı hesabatlarındakı tənqidləri oxumusunuz. Niyə, Konstitusiyasına “hüquqi”, “demokratik” və “dünyəvi” bir dövlət yazılan, Avropa Şurasının üzvü olan bir ölkədə bu qədər problemlər var?
– Əlbəttə, mən bu hesabatlarla tanışam. Amma orada oxuduqlarım məni heç zaman təəccübləndirmir. Mən sizə səmimi deyim ki, illər öncə tələbə olarkən belə bu cür hesabatları görürdüm. Bizim üçün gözlənilməz bir məsələ yoxdur. Sadəcə tarixlər dəyişdirilməklə eyni hesabatlar yayılır. Bu, ABŞ-ın Dövlət Departamentinə də aiddir. Baxmayaraq ki, ötən illərdə Azərbaycan böyük bir yol keçib. Ölkəmizdə qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Amma mən şahidi olmadım ki, həmin hesabatlarda mütərəqqi adımlardan biri də vurğulansın.
O təşkilatlar illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Onların iç üzü elə Qarabağ məsələsində də ortaya çıxdı. İşğalı pisləmək əvəzinə Azərbaycanı ittiham etdilər ki, niyə öz ərazi bütövlüyünüzü təmin etmisiniz.
– Amma Avropa ölkələri və əksər təşkilatlar Azərbaycanın ərazi bötüvlüyünə şübhə etməyib. Hətta Azərbaycan hökumətinin kəskin tənqidçisi olan AŞ PA üzvü Frank Şvabe belə bunu etiraf edir…
– Azərbaycanın ərazi bötülvüyü BMT tərəfindən tanınır. Onlar dolayısı yolla, hərəkətləri ilə ermənilərə açıq dəstəkləri ilə ölkəmizin suverenliyinə qarşı çıxır. Məsələn, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma Ermənistanı silahlandırırlar. Azərbaycana münasibətdə səmimiyyət yoxdur.
Cənab Prezident də bunu bəyan edib. Son çıxışlarında da Prezident bildirdi ki, Cənubi Qafqazın üç ölkəsi arasında ayrı-seçkilik edilir.
Bizdə insan haqları ilə bağlı fərdi məsələləri ölkə əleyhinə kampaniyaya çevirirlər. Biz bunu yaxşı görürük.
– Etiraf edək ki, dediyiniz Cənubi Qafqaz ölkələrində məhkəmə-hüquq sistemi bizdən daha mükəmməldir. Elə Avropa Məhkəməsinin hesabatlarında da görünür ki, Avropa Şurasına üzv ölkələrdə Azərbaycandan daxil olan şikayətlərin sayı Gürcüstan və Ermənistandan xeyli artıqdır. Bugün ölkədə siyasi məhbusların sayı durmadan artmaqdadır. Axı, bunlar bizim reallıqlardır.
– Azərbaycanda məhkəmə-hüquq islahatları üçün addımlar atılıb. Bu proses yenə də davam etdirilir. Bir neçə ay əvvəl Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasının şahidi olduq. Bu, islahat deyilmi? Nədən həmin təşkilatlar bunu təqdir etmədi və görməzdən gəldi?
Baxmayaraq ki, buna görə həmişə bizi tənqid edirdilər ki, Ədliyyə nazirinin şura sədri olması məhkəmə müstəqilliyinə təhdiddir.
Son zamanlar diqqət etmisnizsə, müxtəlif məhkəmə orqanlarında bəraət hökmlərinin sayı nə qədər artıb. Elə bir ay olmur ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmünün şahidi olmayaq. Bu, məhkəmələrin müstəqilliyindən irəli gələn hallardır. Məhkəmələr müstəqildir ki, istintaq orqanının ittihamını ləğv edir və vətəndaş bəraət alır.
Siyasi məhbus məsələsinə gəlincə, son zamanlar müxtəlif şəxslərin həbsinə görə Azərbaycana qarşı ağır ittihamlar var. Hesab edirəm ki, bu məsələlərə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Qaçaqmalçılıq qanunla cinayət məsuliyyəti yaradır. Hər bir fəaliyyət qanuna əsaslanmalıdır. Əməliyyat-istintaq orqanları müəyyən edib ki, qanunsuz yolla qrantlar alınıb və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.
Əgər bu şəxslər ofislər icarəyə götürübsə, bir neçə şəxsə əmək haqqı veribsə, demək ortada maliyyə olub. İstintaq orqanı da bu maliyyənin mənbəyini araşdırmalıdır. Yekun məhkəmə hökmü olmadan bu cür ağır ittihamlar yolverilməzdir. Bəzi çağırışlara mənfi reaksiyamızın isə səbəbi var. Biz də problemləri görürük və inkar etmirik. Amma bunların həlli üçün tələb, təhdid dili ilə danışmaq doğru deyil. Bunlar tövsiyyələr formasında olmalıdır. Azərbaycanda insan hüquq və əsas azadlıqları ilə bağlı qanunlar qəbul olunarkən Venesiya Komissiyasının tövsiyyələrinə istinad olunur.
– Növbəti ay AŞ PA-nın payız sessiyası işinə başlayacaq. Azərbaycan bu qurumla münasibətləri düzəltmək barədə düşünürmü? Vəziyyət dəyişə bilərmi və bizim deputat heyətimizin AŞPA-nın sessiyasında iştirakına yenidən baxıla bilərmi?
-Vəziyyəti düzəltmək AŞ PA-dan asılıdır. Azərbaycanın deputat heyətinə qarşı qərəzli , haqsız mövqe sərgilənib. Münasibətləri qaydaya salmaq onlardan asılıdır. Onlar səhvlərini düzəldərsə, Azərbaycan nümayəndə heyəti yenidən quruma qayıda bilər. Əgər bizə qarşı qərəzli münasibət davam edəcəksə, Avropa Şurasına verdiyimiz üzvlük haqqından tutmuş, Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|