AĞ Partiya parlament seçkilərinə start verdi - AÇIQLAMA
Tarix: 10-04-2024, 12:50 |
Çap et
Aprelin 6-da AĞ Partiya İdarə Heyətinin iclası keçirilib.
AĞ Partiyanın mətbuat xidmətindən dia-az.life-ya bildirilib ki, iclasda partiyanın Seçki Qərargahının yaradılması məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra AĞ Partiya Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
Qərargahın rəhbəri kimi başqan müavini Kamran Məmmədli təsdiq edilib.
Seçki Qərargahının formalaşdırılması və iş planının tərtib olunması yeni təyin olunmuş sədrə həvalə olunub.