Azərbaycanda “xarici agent”lər mövcuddur - Deputatdan ŞOK AÇIQLAMA
Tarix: 17-04-2024, 08:32 | Çap et
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirələri növbəti qalmaqala səbəb olub. Qanun birinci oxunuşda qəbul edilsə də, etirazlardan sonra geri oxunub. Amma gürcü hökuməti layihənin qəbulunda israrlı görünür. Rusiya və Ukraynadan sonra Qırğızıstan da oxşar qanunu qəbul edib. Aprelin 2-də Qırğızıstan Prezidenti Sadır Japarov “Xarici agentlər haqqında” qanun imzalayıb. Qanuna görə, xarici dövlətlərin hökumətlərindən, siyasi liderlərindən, partiyalarından və fondlarından maliyyə yardımı alan və onların maraqlarına xidmət göstərən şəxslər “xarici agent” sayılır. Sözügedən qanunun Rusiyanın "Xarici agentlər haqqında" qanunu əsasında hazırlandığı bildirilir. Qırğızıstan Prezidenti Sadır Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları "xarici dövlətin agenti kimi" təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər. O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır: "Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur". Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT "xarici nümayəndə" elan edilərək xüsusi reyestrə salınacaq. Belə QHT-dən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, "xarici nümayəndələr" öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar. Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər. Gürcüstan parlamentinə isə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələri təqdim edilib. Birinci layihə Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la oxşardır. Qanuna əsasən, “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub. Bənzər qanun 2012-ci ildə Rusiyada da qəbul olunub. 2014-cü ildə Ukraynada da xarici agentlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilib. Son günlər Azərbaycanda da "Xarici agentlər haqqında" qanun layihəsinin qəbulunu tələb edənlər var. Qeyd edək ki, 2014-cü ildən etibarən ölkəmizdə “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər qüvvədədir. QHT-nin xarici maliyyə mənbələri hesabına həyata keçirdikləri işlər və göstərdikləri xidmətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilən müqavilələr əsasında həyata keçirilməlidir. Müqavilələri qeydiyyatdan keçirmədən iş görən və xidmət göstərən QHT inzibati məsuliyyət daşıyır. Lakin Azərbaycanda son həbslər bu qanunun vacibliyinin yenidən gündəmə gəlməsinə səbəb olub. Bir qisim hesab edir ki, Azərbaycanda ən müxtəlif dövlətlərin “5-ci kolon”ları mövcuddur və onların fəaliyyətinin qarşısını almaq üçün ən optimal üsul ayrıca qanun layihəsinin qəbul olunmasıdır.
Müzakirə olunan məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da düşünür ki, Azərbaycanda belə bir qanunun qəbul olunması mümkündür. Deputatın sözlərinə görə, hətta müəyyən məqamları nəzərə alsaq, belə bir qanunun qəbul edilməsi zəruridir:
"Kimlərinsə hansısa dövlətin maraqlarını ölkəmizdə təmsil etməsinə nə qədər dözməliyik? Kənar dövlətin maliyyə və başqa dəstəyindən istifadə edərək Azərbaycana qarşı fəaliyyət göstərənlər var. Bu məsələ bizi də narahat etməlidir. Bununla bağlı addımlarımızı atmalıyıq. Başa düşürük, əvvəllər hansısa xüsusi xidmət orqanları, xarici kəşfiyyatla əməkdaşlıq etmiş insanların müəyyən dərəcədə bəhanəsi var idi ki, sovet dövrü olub, onlar məcbur qalıblar, hansısa şəkildə əməkdaşlığa cəlb ounublar və s. Onların ifşa olunması məsələsi o vaxt çoxları tərəfindən aktual sayılmadı. Halbuki onların ifşa edilməsində qorxulu heç nə yox idi və həmin şəxslərin bilinməsi cəmiyyət üçün də faydalı olardı. Bu adamların fəaliyyəti bir çox hallarda Vətənə bağlı, ona sadiq insanların ləkələnməsinə, onların müəyyən dərəcədə haqqının çeynənməsinə gətirib çıxarır. Ancaq dövlət təhlükəsizliyi baxımından vacibdir ki, hansısa xarici peyklərin, dövlətimiz əleyhinə işləyən qüvvələrin ifşa olunması bizim də marağımıza uyğun olmalıdır. Hər halda belə bir qanun düşünülə bilər. Mən bunun əleyhinə deyiləm. Hesab edirəm ki, ayrıca qanunun qəbul olunması insanları bu cür fəaliyyətlərdən çəkindirə bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
|