"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                 

“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - deputat
Tarix: 30-04-2024, 06:13 | Çap et
“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur”
Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, söhbət sülh sazişi ilə bağlı təkliflərin 9-cu nəşrindən gedir.

Qazaxın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bu günlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da hesab edir ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır. Millət vəkili AYNA-ya müsahibəsində bildirib ki, bu gün danışıqlar masasında olan məsələlərin heç biri Ermənistanın maraqlarına zidd deyil:

- Bakının təklif etdiyi sülh paketindəki məsələlərin heç biri Ermənistanın beynəlxalq hüquqla tanınan haqlarına təcavüz kimi şərh edilə bilməz. Azərbaycan Vətən müharibəsindən dərhal sonra sülhlə bağlı təşəbbüslərini irəli sürüb və beş prinsiplik sənəd İrəvana təqdim edilib. Həmin şərtlərin heç birində ölkələrin ərazi bütövlüyü şübhə altına alınmır. Biz davamlı olaraq beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıprinsipi əsasında addımlar atırıq.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev Berlindəki çıxışında bildirdi ki, əgər kənardan müdaxilələr olmasa, mövcud vəziyyətdən kimlərsə sui-istifadə etməzlərsə, o zaman sülh sazişinin imzalanması mümkündür.

- Demək olarmı ki, sülh sazişi üçün əsas problemlər aradan qalxıb?

- Azərbaycanla Ermənistan arasında adətən “düyün nöqtəsi” Qarabağdakı separatçı qurumun varlığı, Ermənistanın separatçılara dəstəyi və İrəvanın Qarabağa iddiası idi. Azərbaycan yeni reallıq yaradıb, artıq Ermənistanın leksikonunda Qarabağa iddia yoxdur. Söhbət Ermənistanda hakimiyyətdə olanların, cəmiyyətin böyük kəsiminin leksikonundan gedir, azsaylı revanşist müxalif qüvvələrin deyil. Bu gün biz masada Ermənistanın iddiaları arasında “Dağlıq Qarabağ” adlı şərt görmürük. Ermənistan zaman-zaman bu prosesi “Qarabağ erməniləri” anlayışına transformasiya etmək istədilər, bu istiqamətdə müəyyən təzyiq halqası formalaşdırmağa çalışdılar. İndi bu proses də arxada qalıb. Hesab edirəm ki, bu gün “düyün nöqtələri” sülh masasında mövcud deyil. Belə olan təqdirdə rəsmi Bakı İrəvanın sülh sazişi sənədi ilə bağlı hansısa yeni şərtlər qoyması üçün əsas görmür.

Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetindəki beynəlxalq tədbirdə açıq şəkildə bildirdi ki, Azərbaycan görsə ki, Ermənistan yenidən hansısa terminlərdə ilişib qalırlar, hansısa terminlərin müzakirəsini uzun-uzadı aparmaq istəyirlər, bu o deməkdir ki, İrəvan sülh istəmir, vaxt qazanmaq niyyətindədir. Vaxt qazanmaq niyyəti də ondan qaynaqlana bilər ki, Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah tədarük etsinlər, necə deyərlər, özlərinə gəlsinlər və əvvəlki iddialarını irəli sürməyə cəhd etsinlər. Təbii ki, bu, xəyaldır. İstənilən halda, rəsmi Bakının mövqeyi bəllidir, şərtləri ortadadır. Sülh sazişi Azərbaycan üçün olmazsa-olmaz anlamı daşımır. Bəli, Azərbaycan sülh istəyir, amma saziş olmazsa da, biz heç nə itirmirik. Ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimizə, ərazilərimizə nəzarət ordumuzun əlindədir. Sülh Ermənistana lazımdır ki, bataqlığa tam yuvarlanmaqdan xilas olsun.

Bütün hallarda, sülh sazişi istiqamətində proses davam edir. Son vaxtlar biz prosesdə sürətlənmə də müşahidə edirik. Ümumiyyətlə, sülh prosesini ləngitməyə əsas yoxdur və hər kəs anlayır ki, regionda sülh üçün zaman yetişib. Sülhə əngəl yaratmaq istəyən xarici qüvvələr əlbəttə, var. Amma məsələn, Almaniya kansleri cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, bu il sülh ili olmalıdır. Yəni artıq dünya da etiraf edir ki, sülh sazişinin imzalanması üçün bir maneə qalmayıb.

- Əngəl qalmayəbsa, saziş niyə imzalanmır?

- Mən dedim axı, müəyyən qüvvələr sülhü istəmirlər. Məsələn, Fransanın mövqeyi bəllidir. Düşünürəm ki, rəsmi İrəvan, ümumilikdə Ermənistan hakimiyyəti iradə nümayiş etdirməlidir. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, rəsmi İrəvanın işğalda olan 4 kəndin qaytarılması ilə bağlı iradəsi təqdirəlayiq haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşu ilə vermədi, amma hər halda, müsbət addım idi. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətim müstəqil davrana bilərsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur.

- Xarici işlər nazirlərinin Almatıda görüşü olacaq. Bu görüşdən nələr gözlənilir?

- Bilirsiniz, sülh prosesi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmır. Ona görə də məsələ ilə bağlı proqnozlar ictimaiyyəti yanılda bilər, prosesin gedişi barədə yanlış təsəvvürlər formalaşa bilər. Amma ötən dövr onu göstərdi ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını qoruyur, danışıqlarda buna əsaslanılır. Demək olar ki, bütün müzakirələr Azərbaycanın maraqlarının təmininə yönələcək. Amma müəyyən mənada demək olar ki, nələrsə razılaşdırılacaq. Dediyim kimi, yekun sülh üçün bu gün hansısa maneə yoxdur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru