"Azad Şuşamızda möhtəşəm bir gün yaşadıq".
Sherg.az xəbər verir ki, bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Şuşaya səfər təəsüratını bölüşərkən qeyd edib.
Baş redaktor vurğulayıb ki, " Xarı bülbül " festivalında 87 yaşlı sevimli sənətkarımız Zeynəb Xanlarova "Türkün qolu bükülməz " söylədi , muğam ustadımız Arif Babayev səhnədə göründü, Polad Bülbüloğlu gənc sənətkarlara qoşulub sövqlə oxuyub oynadı:
"Şuşa öz ruhuna döndü. Ali Baş Komandan İlham Əliyev Şuşada barışdan, sülhdən və qansız - qadasız ömür sürən Şuşanın gələcəyindən danışdı. Mükəmməl idi hər şey!".