Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                 

"Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir..." - deputat
Tarix: 13-06-2024, 08:40 | Çap et
"Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir..."
ABŞ-ın GONGO təşkilatı və faktiki olaraq Dövlət Departamentinin strukturu olan bədnam “Freedom House” təşkilatı 100 ballıq saxta cədvəlində Azərbaycana 7 bal verib.

Bunu STM-in İcra Aparatının rəhbəri Sahib Məmmədov açıqlayıb. O əlavə edib: “Bu, təxminən ölkəsində internetin, bütün sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrə bərabər bir reytinqdir. O ölkələrə ki, cəmi bir rəsmi dövlət tv-si var və bir neçə rəsmi qəzeti. Bu öz yerində. Bu barədə şərh vermirəm. Bu şərəfsiz təşkilat yenə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. "Dağlıq Qarabağ" adlı subyekt göstərir və onu ayrıca qiymətləndirir. Onların qənaəti belədir ki, “Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orada da vəziyyət pisləşib”.

Bu axmaq qənaətə “Freedom House” necə, hansı meyarlarla gəlib? Bu qərəzin, saxtakarlığın aradan qaldırılması üçün həmin təşkilata rəsmi müraciət edilməsinin bir faydası olarmı? Həmçinin bunu ABŞ-ın dolayısı ilə Azərbaycana qarşı xain davranışı hesab etmək olarmı?

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin marionet təsisatları olan, “demokratiya, siyasi azadlıqlar, insan hüquqları və onların müdafiəsi” ilə məşğul olduğunu iddia edən “Freedom House” və GONGO təşkilatlarının saxta reytinqlərində Azərbaycanla bağlı qərəzli mövqenin əks olunması bizim üçün artıq təəccüblü deyil: “Görünən odur ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesini intensivləşdirən kollektiv Qərb, gözlənildiyi kimi, bu prosesə özünün proksi qurumlarını daha aktiv formada cəlb etməkdədir. Bu kontekstdə Azərbaycanı "Dağlıq Qarabağı işğal etməkdə" təqsirləndirməklə Cənubi Qafqazda situasiyanın gərginləşməsində israrlıdır. Əlbəttə, “müstəqil QHT” adı altında fəaliyyət göstərən, əslində isə asılı və muzdlu hökumət aləti olan “Freedom House” və GONGO-nun dövriyyəyə buraxılması ilə biz bir daha hansı reallıqlarla qarşı-qarşıya olduğumuzu dərk edirik. Bildiyiniz kimi, Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində “Freedom House” və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdi ki, “Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".

GONGO və “Freedom House”un 100 ballıq saxta cədvəlində Azərbaycana faktiki olaraq internetin, sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrə bərabər sırada cəmi 7 bal verməsi bir daha göstərir ki, Qərb təcavüzkarlığı üçün reallıqlar yox, özünün maraqları önəmlidir. Qərb üçün demokratik ölkə “sözəbaxan” ölkədir. Bu mənada, biz artıq şahidlik edirik ki, dünyanın “bizdən və bizdən olmayan” bloklarına bölünməsi, ayrı-seçkilik və sıfır tolerant, o cümlədən nifrət dili təşviq edilməsi artıq açıq formada həyata keçirilir, sülh və sabitliyə ehtiyac duyulduğu bir dövrdə qarşılıqlı anlaşma rədd edilir. “Freedom House”un ideoloqlarının artıq çəkinmədən ayırıcı xətləri dərinləşdirməsi, hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışması, ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid etməsi səlib yürüşünün müasir formasıdır. Yəni çəkinmədən deyə bilərik ki, “Freedom House”un sahibi qismində çıxış edən və “demokratiya” “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Adıçəkilən reytinqdə Azərbaycana münasibətdə diqqətin 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya orada da vəziyyəti pisləşdirməsini iddia etməsi, ən əsası, “Dağlıq Qarabağ” adlı mövcud olmayan subyektə istinad edilməsi Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən də beynəlxalq hüququn ən azı 3 prinsipinə ziddir. Təbii ki, bu qarayaxmanın və beynəlxalq hüquqa zidd davranışların da kökündə dayanan amillər bizə bəllidir. Azərbaycan Prezidentinin “China Global Television Network” televiziya kanalında müsahibəsində qeyd etdiyi kimi, “əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir”. Təbii ki, bu, marionet iqtidarlar axtarışında olan, yaxud milli iradəni kukla rejimlərlə əvəzləməyi hədəfləyən Qərb üçün sərfəli deyil. Bu mənada, Qərbin sifarişlərinin mahiyyəti bizim üçün aydındır. Lakin hesabatın məqsədi aşacaq və özünü ifşa edəcək qədər radikallaşmasının təməlində isə prosesdə erməni diasporunun rol alması dayanır. “Freedom House”da kök salmış vitse-prezident Anni Boyacıyan, o cümlədən idarəçilikdə rol alan Şaron Nazaryan kimi çoxsaylı radikal erməni funksionerlərinin mövcudluğu “Freedom House”u insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə radikal millətçi-terrorçu təəssübkeşinə çevirir. Ümumiyyətlə, sirr deyil ki, böyük əksəriyyəti terror birləşmələrinin üzvü olan erməni lobbisinin kollektiv Qərbin anti-Azərbaycan mövqe tutan ölkələrində böyük infrastruktura malik olması, siyasətçiləri ələ alması, özlərinin parlamentə, mətbuata və hökumət orqanlarına yol tapmaları bir çox hallarda Azərbaycanofobiya mühitinin yaradılması üçün əsas ola bilir. Lakin Vətən müharibəsində məhz erməni diasporunun yerlə-yeksan edilməsi artıq erməni diasporu mifinə də son qoymaqdadır. Bu mənada, təşkilatın erməni klanının təşəbbüsləri özlərinin gözlədiyi qədər effektiv deyil".

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, “Freedom House” hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib: “Son 20 il ərzində bu təşkilatın Azərbaycana qarşı qəbuledilməz mövqeyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycanda internetlə bağlı ciddi və böhran xarakterli problem yoxdur. "Freedom House" böyük şirkətlərin diqtəsini yerinə yetirən təşkilatdır. Terror və radikal qruplarla bağlı hesabatları həmişə dünyanın aparıcı ölkələri tərəfindən kəskin tənqid olunub. Azərbaycanın bu təşkilatın saxta reytinqinə ehtiyacı yoxdur. Biz sabaha inamla addımlayan dürüst ölkəyik. Azərbaycanda azad media mövcuddur. Ölkədə onlarla qəzet, televiziya və yüzlərlə onlayn media fəaliyyət göstərir. İşğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunu isə yenidən “terror yuvası” kimi göstərmək isə onların iç üzünün göstəricisidir. Bu cür təşkilatların əsas qaynaqları isə özünü mühacir adlandıran söyüş maşınlarıdır. Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, ermənipərəst mövqeləri ilə seçilən, ölkəmizə təzyiq üçün vasitə axtaran həmin təşkilatların cəhdləri yalnız siyasi məqsəd daşıyır. Məlum olduğu kimi, sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə xüsusi zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Azərbaycana qarşı hər zaman ədalətsiz mövqe nümayiş etdirən, öz korporativ maraqlarının təminatı üçün yalanlar danışan, qərəzli hesabatlar hazırlayan bu təşkilatların hansı “məzhəbə” qulluq göstərməsi sirr deyil. Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, ermənipərəst mövqeləri ilə seçilən həmin təşkilatların cəhdləri yalnız siyasi məqsəd daşıyır. “Human Rights Watch”, “Freedom House” və başqa təşkilatların Azərbaycan haqqında yaratmaq istədikləri mənfi təsəvvürlər yerlə-yeksan olacaq. Bu isə hər zamankı kimi anti-Azərbaycan kampaniyasının məhvi, Azərbaycan həqiqətlərinin isə ortaya çıxması demək olacaq".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə hesab edir ki, qeyri-hökumət təşkilatı olmasına baxmayaraq ABŞ hökuməti tərəfindən maliyyələşən “Freedom House” təşkilatı Vaşinqtonun siyasi kursunu həyata keçirməklə və ölkələrə təzyiq mexanizmi üçün əsaslar yaratmaqla məşğuldur: “Bu təşkilatın hazırladığı hesabatlar bir qayda olaraq hökumətin sifarişləri ilə həyata keçirilir. "Freedom House"un Azərbaycanla bağlı hazırladığı hesabatlar həmişə qərəzli, qeyri-obyektiv, bir mənbəyə əsaslanıb. Ona görə bu təşkilatın hesabatları ciddi qarşılanmır və etibarlı hesab olunmur. Bundan öncəki hesabatında da “Freedom House” Azərbaycana ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirərək Qarabağı “Dağlıq Qarabağ” kimi göstərmiş və guya oranın təcavüzə məruz qalması barədə absurd və qəbul olunmaz iddia irəli sürmüşdü. Budəfəki hesabatında, ümumiyyətlə, Azərbaycana qarşı təkcə qərəz deyil, həm də nifrət və fobiya öz əksini tapıb. 100 ballıq cədvəlində Azərbaycana 7 bal verilməsi Azərbaycanın cəngəllik ölkələri sırasında olması deməkdir və bu özü-özlüyündə “Fredom House” təşkilatının nə qədər siyasiləşdiyinin, reallıq hissini itirdiyinin, həddindən artıq ifrata vardığının əyani sübutudur. Azərbaycanda cəmiyyət internet resurslarına, alternativ elektron media orqanlarına, sosial şəbəkələrə sərbəst və əlçatanlığı faktdır. İndiyədək heç bir sosial şəbəkə istifadəçisi, elektron media qurumu hansısa təzyiqlərə məruz qalmayıb. Hətta xarici ölkə televiziya kanallarına heç bir məhdudiyyət tətbiq olunmayıb. QHT-lərlə bağlı problemlər yaşamayıb və dövlət vətəndaş cəmiyyəti institutlarına himayədarlıq edir, onların xarici donor təşkilatlardan asılılığını aradan qaldırıb. Mətbuatın inkişafı üçün büdcədən vəsait ayrılır və s. Etnik qruplar dilini və adət-ənənələrini, kimliklərini sərbəst şəkildə yaşadırlar. Konstitusiya ilə bütün hüquq və azadlıqlarına təminat verilir. Dini müxtəliflik inkişaf etdirilir və inanclılara hər cür şərait yaradılıb. Azərbaycandakı mövcud tolerantlıq və multikulturalizm həmişə təqdir edilib və başqa dövlətlərə nümunə olaraq göstərilib. “Freedom House” təşkilatının bütün bu müsbət tendensiyaları görməzdən gəlməsi məqsədlidir və Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmağa, “banan” ölkəsi kimi təqdim etməyə hesablanıb. Azərbaycanda demokratik dəyərlərin inkişafında, insan hüquqlarının qorunmasında və müəyyən sahələrdə hələ də problemlərin olmasını heç kəs inkar etmir. Bu yöndə görüləsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacibdir. Hətta konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqların təmin olunmasına əngəllər yaradılır. Lakin bu heç də o anlamı vermir ki, Azərbaycanda vəziyyət dözülməz və tünd rəngdədir. Hesab edirəm ki, Azərbaycanda demokratiyanın, insan haqlarının və siyasi azadlıqların durumunu araşdırarkən və buna qiymət verərkən ölkənin hansı siyasi coğrafiyada yerləşməsi, cəmiyyətin ənənəvi baxışları, həmçinin Qərbin Azərbaycana münasibəti də nəzərə alınmalıdır. Alternativ mənbələrə istinad edilmədən, yalnız özünə yaxın mənbənin subyektiv, qərəzli məlumatlarına əsaslanaraq yanlış hesabatlar hazırlamaq “Freedom House”ın mötəbərliyini və etibarlığını sarsıdır. Ona görə də Azərbaycanda da təşkilatın hesabatlarına əhəmiyyət verilmir. Hər il dünya üzrə hesabatlar hazırlayan “Freedom House”un Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək “Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orada da vəziyyət pisləşib” kimi cəfəng ittihamı, bu təşkilatın təkcə böhtan deyil, həm dövlətə qarşı düşmənçilik, ifrat qərəzinin təzahürüdür. Təşkilat Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını tanımaq və ona hörmət göstərmək məcburiyyətindədir. “Freedom House” təşkilatının hər dəfə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıqca hörmətsizliyi həmin təşkilata qarşı cəmiyyətdə haqlı olaraq həm də qəzəb hissi yaradır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru