Müsavat daxilində fraksiya yaradılması ciddiləşir - artıq işçi qrup fəaliyyətə başlayıb
Tarix: 11-11-2014, 09:39 | Çap et
Müsavat Partiyasında iki aya yaxın davam edən narazılıqların parçalanma ilə başa çatacağı istisna deyil. Artıq xeyli müddətdir haqqında danışılan fraksiya söhbətləri açıq müzakirəyə çevrilib. Başqanlığa narazı namizədlərdən Qubad İbadoğlunun tərəfdarları ilə ikinci görüşündə məsələ sərt şəkildə qoyulub və əksər narazılar fraksiya yaradılmasına təkid ediblər.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da bu təklifin tərəfdarı olduğunu vurğulayıb, Tural Abbaslı isə tədbirdə özü iştirak etməsə də, tərəfdarları vasitəsilə təklifi dəstəklədiyi barədə mesaj çatdırıb. Q. İbadoğlu isə tərəfdarlarına bir qədər səbrli olmağı məsləhət görüb. Ancaq müzakirə üçün bir ay vaxt verilib və bu müddətdə işçi qrup fəaliyyət göstərərək fraksiya məsələsini ciddi şəkildə müzakirəyə çıxararaq son nəticəyə gəlinməsinə kömək edəcək. S.Əlisoy məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bir ay ərzində fraksiya üçün hüquqi əsaslar hazırlanacaq, bütün rayon təşkilatları ilə bu barədə məsləhətləşmələr olacaq, onlara geniş məlumat veriləcək: “Ümumən bir aya işi yekunlaşdıracağıq. Bilmək istəyirik ki, fraksiya tərəfdarları nə qədərdir. Məsələ yeni yaradılan işçi qrupunda müzakirə olunacaq. Hər şey detallarına qədər həllini tapacaq. Sadəcə olaraq, tədbirdə Müsavat Partiyası üzvlərinin bir qismi iştirak edirdi, narazıların bir qismi idi, hamı gəlməmişdi. Buna görə fraksiyanı yaratmadıq. İstədik ki, rayon təşkilatlarında olan yüzlərlə narazılara bu barədə məlumat verilsin. Biz fikirləşirik ki, hansı formada partiyada fəaliyyətimizi davam etdirə bilərik. Ən uyğun forma fraksiyadır. Artıq siyahıyaalma başlayıb, bir neçə rayon təşkilatından da mənə zəng olub. Biz bu məsələləri işçi qrupun toplantısında dəyərləndirəcəyik, fraksiya yaradılması üçün daha çevik üsullar axtaracağıq”.
T.Abbaslı isə qeyd edib ki, fəaliyyətə başlayan işçi qrupu fraksiya məsələsini ciddi şəkildə gündəmdə saxlayacaq və müzakirə edəcək: “Təəssüf edirəm ki, fraksiya məsələsi bilərəkdən və ya siyasi savadsızlıqdan partiya daxilində bölücülük kimi təqdim olunur. Ya siyasi savadları çatmır, ya da qərəzlidirlər. Bu, eyni düşünən insanların birliyidir. Fraksiya bir çox ölkələrdə siyasi partiyaların təcrübəsində var və heç kim də onları xalq düşməni elan edib, dar ağacından asmağı təklif etmir.
Bizdə bu, müsavatçıları qarşı-qarşıya qoymaq naminə belə deyilir, bunlar yalan, iftira və böhtandır. Mən partiyanın bugünkü idarəetmə metodundan narazıyam. Partiyadaxili münasibətlərdən, rayon təşkilatları, strukturları arasındakı münasibətdən narazıyam. Fraksiya nizamnamə ilə mənə verilən haqqımdır ki, öz hüquqlarımı qoruyum. Bu, həm də partiyadan istefa verib getmək istəyənlərin qarşısını almaq məqsədi daşıyır. Artıq onlarla partiya üzvü istefa verib, hətta bərpa komitəsinin üzvü belə istefa verib. Bəziləri burada qeyri-adi heç nə yoxdur kimi özlərini aparırlar. Ancaq bu partiya bizim hamımızındır. Kimlərinsə şəxsi ambisiyasına qurban verəsi deyilik. Düşünürəm ki, yaxın vaxtlarda fraksiya elan olunacaq. Artıq işçi qrupu fəaliyyətə başlayıb".
Müsavat başqanının müavinləri isə bu məsələyə isti yanaşmırlar. Elman Fəttah bildirib ki, fraksiya yaradılmasına münasibəti qəti və konkretdir: “Müsavat Partiyasında heç bir fraksiyanın yaradılması baş verməməlidir və baş verməyəcək. Şəxsən mən fraksiya xəbərlərinə qarşıyam. Müsavatın vahid ideoloji siyasi xətti var. Fraksiya bu vahid ideoloji xəttə qarşı olan bir məsələdir. Ona görə partiya daxilində fraksiya yaradılması yolverilməzdir. Bu məsələyə münasibətim mənfidir”.
E.Fəttah deyib ki, fraksiya yaradılması barədə söhbətlərin partiya rəhbərliyində müzakirə olunmasını təklif edəcək: “Partiya rəhbərliyi buna mövqeyini bildirməlidir. Nə qərar veriləcək, bunu deyə bilmərəm. Amma fraksiya yaradılması cəhdlərinə qarşı partiyanın qəti qərarı olmalıdır”.
Gülağa Aslanlı isə qeyd edib ki, fraksiya məsələsi ciddiləşərsə, partiya öz mövqeyini ortaya qoyacaq: “Əgər fraksiya məsələsi gündəmə gələcəksə, müzakirəyə başlayacaqlarsa, partiya da bu məsələdə mövqeyini ortaya qoyacaq. Bu, nizamnamə pozuntusudur. Nizamnamə pozuntusuna yol verənlərlərlə müzakirə edilib qərar veriləcək. Müsavat Partiyasının nizamnaməsində fraksiya yaradılmasına icazə verilməsi haqqında heç bir maddə yoxdur. Nizamnamədə ancaq icazə verilən şeylər, hallar yazılır. Hələ fraksiya yaradılması haqqında qərar görməmişəm, görsəm, qəti fikrmi bildirəcəm”.
Narazı namizədlərdən Qubad İbadoğlu isə bildirib ki, narazıların əslində bir neçə təklifi var ki, fraksiya da bu təkliflərdən biridir: “Fraksiya təklifini təkliflərdən biri kimi dəyərləndirirəm. Əslində beş təklif var və müzakirə edilir. Ancaq fraksiya yaradılması o deməkdir ki, biz azlıqda qalan qrupuq. Əslində əksəriyyət bizim təkliflərimizi, proqramımızı dəstəkləyir, biz azlıqda deyilik. Fraksiya bizi kiçildir, qrup formasında məhdudlaşdırır. Həm də şərtlər, qaydalar müzakirə olunmalıdır. Ona görə biz vaxt verdik. Bu, fəaliyyətin tənzimlənməsini özündə əks etdirən sənədlərlə müşayiət olunmalıdır. Fraksiyanın əsasnaməsi, üzvlüyün şərtləri olmalıdır. Detallar aydın şəkildə orada əksini tapandan sonra müzakirəyə təqdim olunmalıdır. Tədbirdə 150 nəfər iştirak edirdi, bizim tərəfdarlarımız isə bundan dəfələrlə çoxdur. Biz istəyirik ki, bu məsələdə işçi qrup formatına keçilməklə zamanımız olsun. Tədbirdə iştirak etməyən üzvlərlə də müzakirələri davam etdirək. Buna görə müəyyən bir vaxtın ayrılmasını məqsədəuyğun hesab etdik. Müzakirələrin sonunda yekun qərar olacaq. Tədbirdə çıxış edənlərin əksəriyyətinin təklifi fraksiya yaradılması oldu. Mən çoxluğun fikrini nəzərə alacam, çoxluq hansı təklifi məqbul hesab edəcəksə, razılaşacam. Müzakirə müddəti maksimum bir aydır”. \\ musavat.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
|