Qubad İbadoğlu köhnə və yeni başqanlardan görüş təklifi almayıb
Tarix: 21-11-2014, 09:20 |
Çap et
İki gün öncə Müsavatçı iqtisadçı Qubad İbadoğlu Moderator.az-ın əməkdaşı ilə söhbətində partiyadaxili gərginliklə bağlı suala belə cavab vermişdi ki, yeni başqan Arif Hacılı sadəcə icraçıdır, prosesləri idarə edən şəxsin kimliyi bəllidir...
O vaxt bu qısa, amma ilginc söhbəti mətbuata açıqlamağı lazım bilməmişdik. Sonradan İsa Qəmbərin bir cümləlik açıqlama-atmacasından sonra Qubad bəy də mətbuata fikirlərini bildirərək ittihamlara cavab vermişdi, prosesləri idarə edənin kimliyini konkretləşdirmişdi...
Qubad bəy 23 noyabrda partiyanın konfransında çıxış edərək ittihamlara aydınlıq gətirəcəyini də dilə gətirmişdi. Odur ki, təkrar onunla əlaqə saxlayaraq çıxışının tezislərinin nədən ibarət olacağıyla maraqlandıq. Bildirdi ki, "mənim çıxışım situasiyadan asiılı olacaq, istəyirəm onları eşidəm və sonra çıxış edəm"
Son günlər ərzində İsa bəy və Arif Hacılıdan ona hansısa formada görüş təşəbbüsü və ya ismarışı gəlib-gəlmədiyini də soruşduq. Bildirdi ki, belə bir istək olmayıb.