"İŞİD, digər terrorçu təşkilatlar kimi gizli müxalifət qəfildən baş qaldırır və böyük fəsadlara yol açır" - Sərdar Cəlaloğlu
Tarix: 8-12-2014, 11:08 | Çap et
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sonuncu məqaləsində müxalifət haqqında yer alan bəzi fikirləri şərh etməklə yanaşı, müxalifətin mahiyyəti haqqında da maraqlı fikirlər səsləndirib. -Sərdar bəy, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müxalifətin, QHT sektorunun böyük bir qismini 5-ci kalon adlandırıb və kənar qüvvələrə çalışmaqda ittiham edib. Müxalifətə və ölkə QHT-lərinə bu cür yanaşma nə dərəcədə doğru sayıla bilər? -Öncə 5-ci kalon ifadəsinin nə demək olduğunu bilmək alzımdır. 5-ci kalonun funksiyalarından biri beynəlxalq administrasiyanın ölkənin idarə edilməsinə yardım etməkdir. Bu nə deməkdir? Qlobal dünyada beynəlxalq təşkilatlarla əməkdaşlıq edən tərəflər bir-birlərinə nəzarət edir. Bu nəzarət isə beynəlxalq administrasiyanın iştirakçılığı ilə həyata keçirilir. Bu nəzarətin effektivliyi iki yolla təmin edilir. Bir, həmin təşkilatların dövlətlə, ikincisi isə QHT-lərlə əlaqələri vasitəsi ilə reallaşır. Buna görə də QHT-lər Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyəti ilə bağlı beynəlxalq administrasiyaya məlumat verirlər, necə ki, məlumat verməlidirlər. Vətəndaş cəmiyyətinin funksiyalarından biri budur. Bunu qeyri-adi bir şey kimi qəbul etmək düzgün deyil. Azərbaycanda insan hüquqularının pozulması bizi narahat edir və biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət edirik. Biz niyə bu təşkilatlara müraciət edirik? Ona görə müraciət edirik ki, Azərbaycan bu təşkilatların üzvüdür. Bizim bu təşkilatlar qarşısında öhdəliyimiz var. Bu öhdəliyi isə hökumət götürüb, biz yox. Əgər hökumət bu öhdəliyi götürüb və bununla da beynəlxalq administrasiyaya ölkənin daxili işlərinə qarışmaq imkanı verirsə və bu gün bu, mənfi bir şey kimi dəyərləndirilirsə, o zaman bütün məsuliyyət hökumətin üzərinə düşür. Çünki bu öhdəliyi götürən hökumətdir. Vətəndaş cəmiyyəti isə sadəcə bu öhdəliklərin icrası ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Məsələyə dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı sovet dönəmindəki kimi, ikiqütblü dünyanın fəlsəfəsindən yanaşanda, bu doğrudan da qəbahətli görünür. Amma müsir dünyanın, qlobal dünyanın tələblərindən yanaşanda vətəndaş cəmiyyətlərinin beynəlxalq administrasiyanın ölkənin idarə etməsinə yardım etmək və bu idarəetmənin effektivliyini yüksəltmək normaldır. -R.Mehdiyev məqaləsində sizin “müxalifət zəif olduğu üçün siyasi səhnədən çəkilib” fikrinə də istinad olunub və demək olar ki, müxalifətin mövcudluğu inkar olunub. Sizcə doğrudanmı müxalifət o qədər zəifləyib ki, artıq onu görməzdən gəlmək olar? -Müxalifət konkret olaraq adam, hansısa fərd deyil ki, ona bu qədər konkret yanaşmaq mümkün olsun. Necə ki, iqtidar yalnız YAP, İlham Əliyev, Ramiz Mehdiyev deyil. Müxalifət də S.Cəlaoğlu, İsa Qəmbər və ya başqası deyil. Dövlət yaranandan bugünə qədər bir hakimiyyət gücləri, bir də hakimiyyətə iddia edən güclər olub. Tarixdə elə bir dövlət, elə bir hal olmayıb ki, orada müxalifət olmasın. Demkratik cəmiyyətlərdə müxalifət aşkar şəkildə fəaliyyət göstərir, cəmiyyətin iştirakı ilə hakimiyyətə gəlir. Antidemokratik cəmiyyətlərdə müxalif güclər gizli olur. Dövlətin və cəmiyyətin həyatında iştirak eləmədən hansısa dolayı yolla hakimiyyətə gəlməyə çalışırlar. Əgər biz bu gün desək ki, Azərbaycanda demokratik müxalifət yoxdur, o zaman deməliyik ki, ölkədə gizlin, qeyri-demokratik, radikal müxalifət mövcuddur. Çünki əks təqdirdə biz deməliyik ki,Azərbaycanda dövlət və hakimiyyət yoxdur. Hakimiyyətiun bir əksikliyi olmalıdır. Kosmosda əksikliklərin vəhdəti və mübarizəsi qanunu mövcuddur. Hakimiyyət varsa, deməli onun əskikliyi olan müxalifət də mövcuddur. Əgər biz desək ki, Azərbaycanda müxalifət yoxdur, bu, həm də o deməkdir ki, ölkədə hakimiyyət də yoxdur. Biz desək ki, Azərbaycanda hakimiyyət var, deməli müxalifət də mövcuddur. -Amma yəqin siz də etiraf vedərsiniz ki, bu gün müxalifət bəlkə də heç zaman olmadığı qədər zəifdir... -Bilirsiniz, görünən və görünməyən müxalifət ola bilər. Bəli, hökumət çox sevinir ki, görünən müxalifətin fəaliyyətini məhdudlaşdırır, onu siyasi səhnədən çıxardıb, məhv edib və s. Bəs bunun əvəzində nə qazanıb? Bunun əvəzində görünməyən müxalifət qazanıb. İŞİD, digər terrorçu təşkilatlar kimi gizli müxalifət qəfildən baş qaldırır və böyük fəsadlara yol açır. Hökumətin apardığı siyasət Azərbaycanda görünən müxalifəti sıradan çıxartmağa hesablanıb. Hansı ki, demokratik ölkələrdə müxalifətin mümkün qədər görünən olmasına can atırlar ki, müxalifət qeyri-qanui, qeyri-demokratik üsullardan istifadə etməsin. Məsələn, Türkiyədə niyə PKK təmsilçilərini parlamentə buraxırlar, onların partiya yaratmasına niyə imkan verirlər, hətta onların açıq küçə aksiyalarına belə müdaxilə eləmirlər? Ona görə ki, buna müdaxilə edərlərsə PKK qapalı mübarizəyə keçəcək ki, belə olan halda onunla mübarizə aparmaq daha çətin olacaq. Sözünü açıq şəkildə deyən S.Cəlaloğılu ilə və ya parlamentdə təmsil olunan hər hansı bir şəxslər hökumətin mübarizə aparması çox asandır. Çünki hökumət bu halda bilir ki, kiminlə mübarizə aparır. Amma gizli mübarizə aparan insanların kimlər olduğunu, onların əlində hansı silah, hansı imkanlar olduğunu bilmir. Hökumət bilmir ki, bu gizli qüvvə kimlərlə hansı formada əlaqədədir. Əgər hökumət görünən, dinc müxalifəti sıradan çıxarırsa, faktiki olaraq həm özü, həm də dövlət və xalq üçün çox böyük bir təhlükə hazırlayır. Mən bu iqtidarın məntiqini anlaya bilmirəm. Onlar hey deyirlər ki, müxalifət yoxdur. “Müxalifət yoxdur” ifadəsi o deməkdir ki, dövlət yoxdur. Dövlət varsa, hakimiyyət varsa, deməli müxalifət də var. Qədim şəhər-dövlətlərdən tutmuş xilafatə qədər, ondan sonrakı dövrlərə qədər olub-keçənlərə nəzər salın. Baxın görün hakimiyyət olan yerdə müxalifət olub, ya yox? Bu gün həm YAP-da, həm də müxalif partiyaların özündə belə idarəetməyə müxalif olanlar var. Biznes sektorunda belə idarəedənlərə qarşı müxalif olan şəxslər var. Harda hakimiyyət varsa, orada müxalifət olmalıdır. Bunu yox eləmək mümkün deyil. Ən yaxşı halda görünən müxalifəti yox etmək olar ki, bu da görünməyən müxalifətin formalaşması üçün zəmin yaratmaq deməkdir. Bu isə həm dövlətin, həm də xalqın zərərinədir. Dünya təcrübəsi də bunu göstərir. -Qərb ölkələrində müxalifətə münasibətdə hansı strategiya sərgilənir? -Qərb müxalifətin açıq fəaliyyətinə şərait yaradır. Ona görə müxalifətin açıq fəaliyyətinə şərait yaradır ki, bu, gizli qüvvəyə çevrilməsin. Qeyri-qanuni üsullara əl atmasın. Qeyri-qanuni yollarla mübarizə aparmasın. Əks halda bu qüvvələrin mövcudluğu və fəaliyyəti yalnız həmin dövltələr üçün deyil, bütün dünya üçün, bəşəriyyətin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Bu, bütün dünya üçün təhlükə mənbəyidir. Buna görə də demokratik dövlətlər anti-demokratik dövlət və cəmiyyətləri tənqid edirlər. Məsələn, vaxtında Suriyaya təzyiq edib orada insan hüquq və azadlıqlarının inkişafına nail olsaydılar, nə son hadisələr baş verərdi, nə də İŞİD meydana çıxardı. O vaxt Səddam Hüseynə dünya ikiqütblü olduğu üçün təsir edə bilmirdilər. Bu gün də Bəşər Əsəd ona görə öz hakimiyyətini qoruyub saxlayır ki, onun dalında Rusiya dayanır. Bu baxımdan dünyanın ikiqütblü olmasını arzulamaq da yanlışdır. Dünya bir qütblü olmalı, bir hüquqla idarə olunmalıdır. Eyni zamanda heç kəs özünü o qütbün rəhbəri hesab edə bilməz. İkiqütblü dünyada kimlərsə öz düşüncə tərzi və maraqları konteksində demokratiyanı dəstəkləyirdi. Necə ki, Azərbaycandakı demokratiyanı bu gün Rusiya dəstəkləyir. Bunun doğurduğu faciələr göz önündədir. İraq və Suriyada baş verən hadisələrin Avropa və Amerikaya çox böyük mənfi təsirləri olduğuna görə, indi bu dövlətlər daha çox bu qüvvələrə qarşı vuruşmalıdır. Qərb isə öz qüvvəsini iki yerə ayırmaq, iki cəbhədə vuruşmaq istəmir. Istəmrilər ki, buna pul sərf etsinlər, əsgərlərini bu savaşda itirsinlər. Buna görə də rejimləri məcbur edirlər ki, elə bir siyasət aparın ki, sizdə gerilim və qeyri-qanuni yollarla mübarizə aparan müxalifət meydana çıxmasın. -Demək müxalifətə qarşı mübarizədə kimisə susdurmaq, hansısa partiyanı sıradan çıxartmaq heç də müxalifəti sıradan çıxartmaq anlamına gəlməməlidir? -Əlbəttə. Siz Həsəni öldürə, Hüseyni tuta bilərsiniz. Bu partiyanı ləğv edə, o partiyanı sıradan çıxarda bilərsiniz. Amma müxalifəti, müxalifətçiliyi ləğv edə bilməzsiniz. Çünki bu, sənin mənim iradəmdən asılı deyil. Müxalifəti ləğv eləmək üçün dövləti və idarəçiliyi ləğv eləmək lazımdır. Bunun üçün gərək öncə siz idarəetmə hüququndan imtina edəsiniz. Bunu eləməlisiniz ki, kimlərsə də sizə tabeçilik hüququndan imtina etsin. Söhbət müxalifətdən gedirsə, məsələyə ümumi yanaşmaq lazımdır. Şəxsdən danışırıqsa, onu pis, yaxşı deyə səciyyələndirə bilərik. Ramiz Mehdiyevi məqaləsində ən böyük qüsur odur ki, o, fərdə məxsus olacaq xüsusiyyətləri ümumi müxalifətçiliyə yönəlik fikir kimi səsləndirir. Bu, ona bənzəyir ki, biz hansısa məmurun və ya YAP-ın yox, Azərbaycan dövlətinin yıxılmasını istəyək. Müxalifətin yox olmasını istəməklə dövlətin yox olmasını istəmək eyni şeydir. Biz siyasi qüvvələrin dəyişilməsini tələb edə bilərik və ya konkret şəxslər haqqında bu fikri səsləndirə bilərik. Müxalifət dövlətin atributlarından biridir. Dövlətin olduğu yerdə müxalifətin mövcudluğu qaçılmazdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
|