Fuad Qəhrəmanlının həbsinə YAP-dan reaksiya
Tarix: 9-12-2015, 17:11 |
Çap et
Hakim Yeni Azərbaycan Partiyası (YAP) AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə münasibət bildirib.
Partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov AzVision.az-a açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlı qanunsuz əməllərinə görə həbs edilib.
`Fuad Qəhrəmanlı dini ekstremistləri müdafiə edərək onları iğtişaşlara səsləməklə məşğul olub. Bu barədə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bütün faktlar əks olunub. Hesab edirəm ki, o, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyı yönəlik hərəkətlərə yol verib`.
Qeyd edək ki, ötən gün Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.