Bu gün AXCP-nin məhkəməsidir
Tarix: 28-12-2015, 10:12 |
Çap et
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində AXCP-nin qeydiyyatı ilə bağlı müraciətinə baxılacaq.
AXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə prosesi hakim Tahirə Əsədovanın sədirliyi ilə keçiriləcək: “Hesab edirik ki, məhkəmə düzgün qərar qəbul edəcək və AXCP adını rəsmən bizə verəcək. AXCP adından danışmaq haqqı onsuz da bizə məxsuzdur, biz bunu keçirdiyimiz möhtəşəm qurultayla təsdiq etmişik. İnanırıq ki, məhkəmə də ədalətli qərara verərək, qanuni AXCP kimi bizi təsdiqləyəcək”. (cebhe.info)