Qubad İbadoğlu ölkəni tərk etdi
Tarix: 9-01-2016, 12:19 |
Çap et
Bu yaxınlarda Amerikadan Bakıya qayıdan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu yenidən ölkəni tərk edib.
Modern.az xəbər verir ki, bu barədə Qubad İbadoğlu özü məlumat verib.
“Hazırda Frankfurt hava limanından yazıram, Bakını bu gün səhərin erkən saatlarında tərk etdim. Vətəndə olduğum son 10 gündə 10 aydan sonrakı müşahidələrim göstərdi ki, vətənimiz ağır sınaq dövrünə qədəm qoyub.
Bir tərəfdən regionda yaranmış narahatlq. digər tərəfdən daxildə olan həm siyasi və həm də iqtisadi gərginlik 2016-cı ilii maraqlı və mürəkkəb, eyni zamanda riskli edir. Bu isə hamıdan, xüsusilə də hakimiyyətdən məsuliyyət və diqqət tələb edir. Bu səfərdə gördüklərim və dəyərləndirmələrim mənim üzərimdə olan məsuliyyəti bir az da artırdı.
Odur ki, tezliklə ABŞ-dakı proqramımı bitiririb sizinlə yenidən görüşmək ümidilə Bakıdan ayrıldım. Allahın mərhəməti üzərinizdən əskik olmasın, Azərbaycanın işiqlı gələcəyi naminə birlik və həmrəylik nəsibiniz olsun.
Tanrı Azərbaycanımızı bədxah niyyətlərdən, xarici təhlükələrdən qorusun!”.