Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                 

"Gürcüstanın həyat səviyyəsi Azərbaycandan iki dəfə aşağıdır, sən onu niyə mənə örnək göstərirsən?" - deputat
Tarix: 21-01-2016, 09:53 | Çap et
"Gürcüstanın həyat səviyyəsi Azərbaycandan iki dəfə aşağıdır, sən onu niyə mənə örnək göstərirsən?"
Bir neçə günlük sükutdan sonra nəhayət, danışmağa razılıq verdi. Etiraf etdi ki, özünə qarşı sosial şəbəkələrdə aparılan kampaniyadan çox əsəbiləşdiyi üçün yazılanlara dərhal reaksiya vermək istəməyib, hirsinin soyumasını gözləyib. Beləcə, son aylarda ikinci dəfə ciddi ictimai qınaqla üzləşmiş - ötən ilin sonlarında “Türkiyə Rusiyadan üzr istəməlidir” dediyinə görə ona qarşı sərt etirazlar olmuşdu - Milli Məclisin deputatı Aqil Abbasla söhbətimizi təqdim edirik:

- Aqil bəy, Ağcabədi səfərinizdən sonra verdiyiniz müsahibədə aksiya keçirən adamlara xitabən “gedin soğan əkin” deməyiniz xeyli müzakirələrə səbəb oldu, qınandınız, tənqid olundunuz, kollajlarınız hazırlandı. Bu cür ictimai qınaq, reaksiya gözlənilməz olmadı ki?

- Düzü gözlənilməz oldu. Özü də bunlar əsasən bir qrup idarə olunan sosial şəbəkə istifadəçiləridir. Onlar müəyyən adamlara belə hücumlar təşkil edirlər. Sözümü kimsə bəyənməyə bilər, mənim dediyim Quran ayəsi deyil. Subyektiv və obyektiv fikirlərim ola bilər, kiminsə də bununla razılaşmaması normaldır. Amma fikrini bildirə bilər. Təhqir elədilər, etsinlər də. Kiminsə alqışı ilə yaranmamışam, qarğışı ilə də öləm.

- Müsahibənizdə çox məsələlərdən danışmışdınız, amma soğan məsələsi daha çox dartışıldı...

- Çox məsələlələr var idi. Demişdim bəli, işsizlik var, kimsə bunu inkar edə bilməz. Amma demişəm ki, işsizlik Amerikada da var, təkcə bizim problem deyil. Həmçinin demişəm ki, dövlət adamlara torpaq verib, gedib o torpağı əkib-becərsin, ailəsini saxlasın, bolluq yaratsın. Soğanı misalçün demişdim, gedib kartof əksin, heyvan saxlasın.

- Sizin görüşdüyünüz adamlar torpağı əkib-becərməyin, əldə olunan məhsulun bazara çıxarılması çətinliklərindən danışdılarmı?

- Mən özüm də o çətinlikləri bilirəm. Özüm də kəndçiyəm, bütün nəslim də kənddə yaşayır. Mən torpağı əkməyin çətinliklərini bilmirəm? Başqa bir şeyi deyim. Qardaş Türkiyədə hər il seçki vaxtı partiya liderləri deyir mazutun, suyun qiymətini aşağı endirəcəyəm. Amma bu günəcən bunu edə bilmirlər, hansı ki, Türkiyə qüdrətli dövlətdir. Azərbaycanda suvarma sistemlərinin enerji haqqını dövlət ödəyir, suvarma sistemi pulsuzdur. Bundan əlavə taxıl əkini ilə bağlı hər hektar üçün 80 manat pul verilir, yaxud gübrə pulsuzdur. Ancaq gəlin açıq danışaq. Dostum, insanlar onlara verilən pay torpaqlarından istifadə etmirlər. Mən kənddən danışmışam, Bakıdan yox.

- Sizin bölgədə nə qədər əkilməmiş, amma əkinə yararlı sahə var?

- Əslində əkilməmiş sahə çox azdır. Çünki insanlar özü əkmir, gəlib Bakıda, ya qonşusunda fəhləlik edir, amma torpağı çox ucuz qiymətə əkənə icarəyə verir.

- Deməli, torpaq əkilir...

- Bəli, əkilir. Əkilməyən torpaqlar çox az miqdardadır. Elə bizim kənddə də. Ya biri Rusiyaya gedib, qardaşı əkir, ya da kimlərəsə icarəyə verilib, amma əkilir. 70-80-ci illərdə Azərbaycan neftlə dolanmayıb. Hətta 12-13 milyon ton neft istehsal edirdi, özü də planı kəsirlə yerinə yetirirdi. Neftdən gələn gəliri isə SSRİ aparırdı, əvəzində neftçiyə ev tikilirdi, onun sosial problemi həll olunurdu. Yəni Ağcabədidəki adamlara neftin 1 manat xeyiri dəymirdi. Onda Azərbaycanın 2 milyarddan bir az artıq büdcəsi var idi, hətta Gürcüstanın büdcəsi bizdən çox idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra kənd təsərrüfatını qaldırdı. Mən bu gün də kənd təsərrüfatının inkişaf etdirilməsinin tərəfdarıyam. Kənd təsərrüfatı Nazirliyi xüsusi planlar hazırlamalı, ölçüb-biçməlidir. Deyək ki, kimsə gedib soğan əkir, sata bilmir. Deməli, ölkədə soğan çox əkilib. Yaxud kütləvi şəkildə qarpız əkilir, qarpız 5 qəpiyə düşür. Yəni Kənd Təsərrüfatı Nazirliyi bunu tənzimləməlidir.

- Əgər yerli adamlar torpağı özləri əkməyə maraqlı deyilsə, deməli, burada konkret səbəblər var. Bəlkə siz digər istiqamətlərə tənqidi yanaşsaydınız daha doğru olardı. Məsələn, kəndlinin əlini işdən soyudan, onlara maneə yaradanlara...

- Mən o biri tərəfi də tənqid etmişəm. Milli Məclis qanun qəbul edib ki, tədarük məntəqələri açılmalıdır. Təbii ki, bu işlər görülməlidir. İndi başqa bir şeyi deyim. Ağcabədidə gəlib ev-ev düşüb kəndlilərdən südü alıb aparırlar. İki süd kombinatı var, onlar gəlib alırlar. Əhali də razıdır, heyvandarlığı da inkişaf etdirir. O cümlədən tədarük məntəqələri əhalidən pomidoru, badımcanı, kökü də gəlib almalıdır. Söhbət tək soğandan getmir, bu gün hamı soğandan danışır. Məsələn, Bərdə ilə Ağcabədidə bəlkə 1 milyon ton xurma olur, tökülür qalır, yığan da olmur. Niyə bir emal müəssisəsi tikmirlər? Onun cemini hazırlamaq olmazdımı?

- Bütün bunları incəliyinə qədər bildiyiniz halda niyə hökumət qarşısında məsələ qaldırmırsınız, parlamentdə çıxışınızda demirsiniz?

- Bu məsələləri qaldıracağam. Daha parlamentin növbədənkənar sessiyası idi, toxuna bilmədik. Amma yaz sessiyasında sözümü deyəcəyəm. Qardaşım, 1 milyon ton xurma yerə tökülüb qalıb, biz niyə cemi xaricdən almalıyıq? Bəzi yerlərdə artıq meyvə şirəsi istehsal edirik, niyə digər istehsal müəssisələri də yaratmayaq? Təbii ki, iş adamları gedib orda bir konserva zavodu tikə bilər. Məsələn, mən Masallıda gördüyüm bir fakta görə çox pis oldum. Orada İsti su tərəflərdə bir konserva zavodu var idi, özüm də orda olmuşdum. Nə günə qoydularsa, o zavod bağlandı. Belə zavodların sayını artırmaq lazımdır. Həm iş yeridir, həm bölgələr daxili məhsulun istehsalı ilə məşğul olur, həm ekaloji təmiz məhsuldur.

- Bəlkə elə siz o qalmaqallı söhbətə bu yerdən başlasaydınız, bu şəkildə hədəfə çıxmazdınız, razılaşırsınızmı?

- Mənə verilən sual belə deyildi axı. İndi siz məndən bu barədə soruşursunuz, cavab verirəm. Dedim əşi, işsizliyin səbəbi budur da. İşsizlik var, bunu danmaq axmaqlıq olar. Amma kiminsə torpağı varsa, niyə əkib-becərmir? Fakt deyim: Ağcabədidə tikintidə işləməyə adam tapılmır. Amma ağcabədili gedib Ağdamdakı, ya Bakıdakı tikintidə işləyir. Ölkədə bir belə tikinti gedir, eləmi?

- Gedirdi...

-Yox, gedir. Adamlar özünə ev tikir də. Rayonda ev tikməyə işçi qüvvəsi çatışmır. Amma cavanlar gəlib Bakıda daş daşıyır. Adamlar öz rayonunda işləməyi özünə sığışdırmır. Mən bunları demək istəmişəm, dostum! Başqa məsələlər də var. Ağcabədidə çuğundur əkirlər, “Azərsun” alıb aparır, amma ucuz qiymətə alır. Çuğundurda məhsuldarlıq yüksək olur. O gün televiziyada baxıram ki, İŞİD Suriyada pambıq əkib satır. Deməli, xeyir götürür ki, əkir də. Azərbaycanda isə pambıq kol üstündə qaldı.

-Bəli, biz də yazdıq. Maraqlandınızmı niyə qaldı?

-Deyirlər pambığın satış bazarını tapmırıq. Necə olur ki, satış bazarını İŞİD tapa bilir, amma dövlətlər tapa bilmir? Dünyada pambıqdan qiymətli nə var? Bu gün heç bir imkanlı adam sintetika geyinmir.

- Siz bunlardan da danışa bilərdiniz və həmkarınız Zahid Oruc kimi çoxlarının gözünün işığı olardınız. Amma soğandan danışdınız, çoxlarının gözü yaşardı...

- Sən mənə bu sualı verisən, mən də bu cavabı verirəm. Sən mənə hədərə söz deyirsən, mən də hüdərə söz deyirəm, bildinmi? Söbət ondan gedir ki, kənd təsərrüfatını gücləndirmək lazımdır. Dünya bazarında pambıq 1 manat 90 qəpikdir, sən kəndlidən 40 qəpiyə alırsan. Bunu heç olmasa yarı qiymətə al da.

- (əlindəki siqaret dənəsinə işarə edib soruşuram) Aqil müəllim çəkdiyiniz siqaret hansındandır?

- Kentdir.

- Yəni qiymət artımı sizə də təsir edib.

- Təbii ki. 2 manata alırdım, indi 3 manat 50 qəpiyə alıram. Elə gələk tütünün üstünə. Dünyada gözəl tütün növləri var. Ən gözəl tütünsə Türkiyə tütünü hesab olunur. Türkiyə ilə Azərbaycan da bir qovşaqda yerləşir. Zaqatala-Balakəndə də tütün əkilir. Sən tütünü normal qiymətə al, əkinçi də onu əksin, sənə versin, sən də siqareti o qiymətə qaldırma da, qardaş. Yerli xammaldan istifadə edin də. Rayonlarda ətin qiyməti olduğu kimi qalıb, qoyun əti 6, mal əti 5 manatdır. Deyəsən, burda da 1 manat artıqdır. Səbəbi sadədir: çünki heyvandarlıq çox yaxşı inkişaf elədi. Qoy tədarük məntəqələri açılsın və dövlət ehtiyacı açıqlansın. Deyilsin ki, qardaş sən bu il mənə 10 ton kələm verəcəksən, mən də pulunu verəcəyəm. Kəndli bilmir ki, nə əksə ondan fayda götürəcək. Görür ki, keçən il qarpız baha oldu, qarpız əkir, qalır sahədə. Ya kartof-soğan əkir tökülüb qalır. Yəni bu məsələləri tənzimləmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi nə üçündür? Mən kənddə yaşayıram, nə bilirəm ki, gələn il bazar nə tələb edəcək.

- Qarşıdakı aylarda vəziyyətin daha da ağırlaşmaması üçün hansı addımları atmağı planlaşdırıbsınız?

- Təbii ki, mən kənd təsərrüfatı naziri ilə görüşüb öz təkliflərimi deyəcəyəm. Yaxud Şahin müəllim – iqtisadi inkişaf naziri - ən açıq adamlardan biridir, götürün zəng edin, telefonu özü qaldıracaq. Təkliflərimizi deyəcəyəm. Mən demirəm ki, kənd təsərrüfatını Heydər Əsədovdan yaxşı bilirəm. Yaxşı bilmirəm, sadəcə olaraq camaatın təkliflərini – sosial sifarişi onlara çatdırmaq da mənim borcumdur. Ağcabədi, Ağdam, ya Füzulidə adamlar mənə sözünü dedi, mən də gəldim, bəziləri ilə telefonla danışdım. Növbəti iclasda da bəzi məsələləri qoyacağıq.

- Bölgədəki gərginlik səngiyibmi?

- Əvvəla, orada elə bir ajiotaj olmamışdı. Mən oradaydım. 200-300 adam yığıldı, hamı da sözünü dedi. Elə şeylər var ki, onun həlli imkan daxilindədir, elə şeylər də var ki, həlli imkan daxilində deyil. Məsələn, hamı sosial müavinət istəyir. Mənim fikrimcə, sosial müavinət ümumiyyətlə, ləğv olunmalıdır. Uşaqpulu verilməlidir, özü də normal məbləğ. 20 manat uşaqpulu olmaz ki. Heç olmasa uşağın bir aylıq yemək pulunu verməlisən. Dediyim kimi, hamı müavinət istəyir. Qanun da elə qəbul olunub ki, birinin həyətində bir inək varsa, ailə müavinət ala bilməz. Niyə? Deyək ki, ailədə 10 nəfərik, bir inəyimiz var, bu inəyi 10 uşaq birdən əmə bilməz axı. Səlim müəllim bu quruma rəhbər gələndən sonra tam şəffaflıq yaradılıb. Qabaq illik müavinəti bölürdülər ki, 6 ayı sənindir, 6 ayı da mənim. Hətta yardım düşməyənlər də alırdı. İndi elektron qaydada həll olunur. Sosial Müdafiə Nazirliyində çox böyük islahat gedib. Səlim müəllim də bu işi çox gözəl bilən adamdır, çox istərdim ki, ünvanlı sosial yardımı ləğv etsinlər. Ya da müavinət kəsirlərsə...Tutaq ki, bir ailədə 70-ci illərin “Moskviç”i var, onu kənarda saxlamasınlar, minimum yaşayış həddi hesablansın və həmin ailələrə yardım verilsin. Ya bu qayda ilə versinlər, ya da bunu ümumiyyətlə ləğv etsinlər. Etiraz aksiyalarında da ən çox bundan söhbət gedirdi ki, “mən müavinət ala bilmirəm”.

- Bank krediti olanlar da çoxdur?

- Təbii ki, krediti olanlar da var. Düzdür, kənddə dollarla krediti olanlar çox deyil. Amma əgər dollarla götürübsə, təbii ki, 1.05 manatla qaytarmalıdır. Sabah 1 dollar 100 manat olacaqsa, mənə nə aidiyatı, mən 1.05-dən almışdım axı. Yəqin ki, bu məsələlər işlənib hazırlanacaq və prezidentimizin müvafiq qərarları olacaq.

-Aqil bəy, sizin başqa bir fikriniz də mübahisə doğurdu və etiraza səbəb oldu. “Gürcüstanda pul yoxdur deyə, rüşvət vermirlər...”

-İndi mən deyim. Söhbət ondan gedir ki, xüsusən Amerikaya işləyən radiolar, saytlar Gürcüstanı həmişə bizə örnək göstərirlər. Mən də tez-tez Gürcüstanda oluram. Gürcüstanın həyat səviyyəsi Azərbaycandan iki dəfə aşağıdır, sən onu niyə mənə örnək göstərirsən? Dedim yaxşı, bir ölkənin ki, prezidenti, baş naziri ABŞ Dövlət Departamentindən maaş alır, orada hansı müstəqillikdən və hansı inkişafdan danışmaq olar?

- Azərbaycanda prezident səviyyəsində korrupsiya və rüşvətin mövcudluğu etiraf olunur, bunu niyə danaq ki?

- Mən demirəm ki, Azərbaycanda rüşvət yoxdur. Əslində mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb. Cəlilabad yolu ilə gəlirsən, insanlar balaca sahələrdə çiyələk əkiblər, adamın gözünü oxşayır. Bakı kəndlərində vaxtilə gül əkirdilər, ildə bir maşın alırdılar. Sonra qaz olmadı, gülçülük də dayandı. Məsələ budur, insana şərait yarat və ondan da tələb elə. Ağcabədi, Bərdə, Beyləqan, Füzulidə vaxtilə hektardan 50 sentner taxıl götürülürdü. Toxumu da Amerika, ya Kanadadan gətirmirdilər, yerli alimlərimizin yaratdığı toxumlar idi, İmam Mustafayevdən tutmuş, Cəlal Əliyevə qədər bu sahədə işləyən adamların toxumları idi. Məsələn, Ağcabədidə ən çox xahiş edirlər ki, onlara Xaçmaz toxumu tapım. Çünki 50 sentner məhsul verir. Amma indi məhsuldarlıq 20 sentneri aşmır. Mən bunlardan danışıram. Mənim fikrimi başqa yerə yozdular ki, deyir “soğan ək”. Soğan əkmirsən, get kartof, çiyələk ək...(Musavat.com)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru