Əli İnsanov özünü Nelson Mandela görürmüş...
Tarix: 10-02-2016, 08:35 | Çap et
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin başa çatmasına 8 ay qalır. Vaxt azaldıqca, sabiq nazirin azadlığa çıxandan sonra hakimiyyətə qarşı çox ciddi müxalif qüvvəyə çevriləcəyi məsələsi ətrafında müzakirələr çoxalır.
Əli İnsanov həbsə düşdükdən indiyə qədər iqtidara qarşı barışmaz mövqeyi ilə müxalifət düşərgəsində özünə qarşı vaxtilə mövcud olmuş mənfi münasibəti 180 dərəcə müsbətə doğru dəyişə bilib. Hər halda, bunu müxalifət partiyalarının onu açıq şəkildə müdafiə etməsi, hətta şəklini qərargahlarında başlarının üstünə vurmaları da göstərir.
Müxalifət düşərgəsinin sabiq nazirdən gözləntiləri, onun müxalifətin lideri olacağı barədə də fikirlərin yayılmasına səbəb olub. İllərdir müxtəlif səbəblərdən uğursuzluq girdabına düşmüş müxalif elektoratın özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarması yeni deyil. 2013-cü ildə prezident seçkiləri öncəsi Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, özünə lider etdi.
Lakin İbrahimbəyov hamını məyus etdi, on minlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi. Bəs Əli İnsanov faktoru ilə Rüstən İbrahimbəyovu müqayisə etdikdə hansı oxşar və fərqli məqamlar ortaya çıxır? Ümumiyyətlə, onların müqayisəsi mümkündürmü?
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rüstəm İbrahimbəyovla Əli İnsanovu müqayisə etsək, bir sıra fərqli cəhətlər ortaya çıxır. Rüstəm İbrahimbəyovun arxasında Rusiya dururdu. Onun siyasətə gəlişi, müxalifət düşərgəsinin başına keçmək cəhdi Moskvanın proyekti idi. Məqsəd Azərbaycan iqtidarına təzyiq eləmək və Rusiyanın buradakı maraqlarını təmin etmək idi: “Rusiya həmin proyekti işə salmaqla öz maraqlarını təmin elədi. Əli İnsanov isə arxasında hansısa xarici güc durmadan şəxsən özü bu hakimiyyətə qarşı məhkəmədə və həbsxanada olduğu müddətdə sərt mövqe ortaya qoyub. Ona görə də onu Rüstəm İbrahimbəyovla müqayisə eləmək olmaz. Əli İnsanov 10 ildən artıqdır həbs cəzası çəkir, hakimiyyətdən əfv diləməyib, həbs olunmamaq üçün ölkədən qaçmayıb. Rüstəm İbrahimbəyov isə bir saat da olsun həbsdə olmayıb, həbs olunub-olunmayacağı dəqiq bəlli deyil, lakin ölkəyə qayıtmağa risk etmir”.
ADP sədri onu da qeyd etdi ki, Əli İnsanov həbsdən çıxdıqdan sonra ciddi müxalifətçilik etsə, müəyyən qədər irəliləyə bilər: “Haqq üçün deyək ki, Əli İnsanov indiyə qədər hakimiyyətdən kənarlaşdırılmış və cəzalandırılmış adamlar içərisində özünü ən prinsipial və ləyaqətli aparanlardan biridir. Lakin Əli İnsanovun Azərbaycan demokratiyası ilə heç bir əlaqəsi yoxdur. O, nə xalq hərəkatında, nə Elçibəy hakimiyyətində iştirak edib, nə də sonrakı dövrdə Azərbaycanın demokratikləşməsi üçün nə isə edib. Əli İnsanov demokratiya uğrunda mübarizə aparıb həbs olunmayıb. Sadəcə, hakimiyyətin başında dayanan şəxslə münasibətlərinə görə həbs olunub. Əli İnsanovdan da başqa cəzalanan məşhur məmurlar olub və bəzi adamlar onların müxalifətə keçəcəyini, müxalifətə çox böyük xidmətlər göstərəcəklərini deyiblər. Amma təcrübə göstərdi ki, o adamlar müxalifət mövqeyinə keçsə də böyük gözləntiləri doğrultmayıb. Lalə Şövkət, Rəsul Quliyev, Eldar Namazov hakimiyyətdən istefa verib müxalifətə keçdilər. Lakin zaman göstərdi ki, onlar xalq hərəkatından çıxmış müxalifət liderlərindən heç də artıq hansısa bir uğura imza ata bilmədilər. O baxımdan Əli İnsanovun müxalifət düşərgəsinə keçsə də, demokratik dəyişikliklərə nail ola biləcəyinə inanmıram”.
S.Cəlaloğlunun fikrincə, Azərbaycan xalqının faciəsi ondan ibarətdir ki, o liderlər ki, demokratik liderlərdir, xalq onları lider kimi görə bilmir. Çünki demokratik lider xalqın içində olur, bütün günü xalqın gözü qarşısında olur və adiləşir: “Azərbaycan xalqı hələ keçmiş sovet şüurundan uzaqlaşmadığı üçün liderləri özündən yuxarıda, hökmə, sərvətə malik bir adam kimi təsəvvür edir. Əli İnsanovda insanlar bunu gördükləri üçün onun lider olacağını, böyük dəyişikliklərə məhz onun nail olacağını düşünür. Müxalifət sıralarında bu cür düşünən insanlar da bu kateqoriyaya uyğun lider axtarışındadır. Ona görə Əli İnsanovun adı hallanır. Halbuki bu gün ənənəvi müxalifət partiyalarının liderləri arasında ən zəif hesab elədiyimiz bir adamla Əli İnsanovu tərəziyə qoysaq, həmin adamın əslində daha böyük demokratik lider olduğu ortaya çıxacaq. Demokratik lider olmaq elə də asan deyil. Bunu hər adam bacarmır. Əli İnsanov demokratik müxalifətə lider gələcəksə, o, Azərbaycanda ən böyük demokratik dəyərlərə malik bir adam, demokratik dəyərləri bölüşən adam olmalıdır. Əli İnsanov belə ola biləcəkmi? Yəqin ki, bu suala heç kim əminliklə ”ola biləcək" cavabını verə bilməz. Təkcə uzun müddət həbsxanada olmaq və hakimiyyətə əyilməməklə demokratik təfəkkür formalaşmır. Mən Əli İnsanovun bugünkü müxalifət liderlərindən daha böyük, dəyişikliklərə gətirəcək işlər görə biləcəyinə inanmıram. Rəsul Quliyevlə Lalə Şövkət müxalifətə keçdikdən sonra müxalifətə, demokratiyaya nə veribsə, Əli İnsanov gəlişi ondan artığını verə bilməz".
Siyasi şərhçi Elxan Şahinoğlu da bildirdi ki, Rüstəm İbrahimbəyovun 2013-cü ildə demokratik müxalifətin liderinə çevrilməsi prosesi Rusiya faktoru ilə bağlı idi. Bu prosesdə Rusiyanın planları dayanırdı: “Rüstəm İbrahimbəyov və onun rəhbərlik etdiyi Ziyalılar Forumu öncə müxalifəti birliyə çağırdı, sonra elə bir təbliğat aparıldı ki, özü müxalifətin liderinə çevrildi. Axırda da müxalifəti yarı yolda buraxaraq Azərbaycandan getdi və hələ də gəlməyib. Əli İnsanov bu gün müəyyən qədər şanslı görünür. Çünki bütün yuxarıda qeyd etdiyim məhrumiyyətləri, mərhələləri o keçdi və bu günədək mövqeyindən geri çəkilməyib. Həbsdə ola-ola açıq elan edib ki, radikal müxalifət funksiyasını daşıyacaq. Əli İnsanov Müsavat və AXCP ilə ortaq məxrəcə gələ bilməyəcəksə, ola bilsin ətrafdan kimlərləsə ittifaq yaratmaq işinə girişsin. Bu, Rəsul Quliyev də, Eldar Namazov da ola bilər. Tamamilə fərqli adamlar da ola bilər. Hər bir halda yəqin ki, Əli İnsanov həbsdən çıxandan sonra özünə tərəfdar toplamağa çalışacaq. Əli İnsanov bir qədər fərqli fiqurdur. Onunla bərabər Fərhad Əliyev də həbs olundu. Amma Fərhad Əliyev sanki sındı. Əli İnsanov isə həbs olunduqdan indiyədək hakimiyyətə meydan oxuyur. Əli İnsanov məhkəmələrində hətta Nelson Mandeladan misal gətirirdi ki, eybi yox, mən də həbsdə yatıb çıxaram və dövlətin də başına keçərəm. Bu fərqlilik də onun hakimiyyətə müxalif olan qüvvələr və protest elektoratı arasında nüfuzunu artırır. Müxalifət partiyaları bəllidir ki, müxtəlif səbəblərdən zəifləyiblər və güclü liderə də ehtiyacları var. Amma mən inanmıram ki, bütün müxalifət Əli İnsanovun liderliyini qəbul edəcək. Əli İnsanov həbsdən çıxandan sonra özü ayrıca olaraq yeni müxalifət hərəkatı yaratmaq və gücə çevrilmək iddiasını ortaya qoya bilər. Uğur qazanıb-qazanmayacağı gələcəkdə bəlli olacaq. Hakimiyyətin də əlində Əli İnsanova təsir etmək, onu cəmiyyətin gözündən salmaq üçün müəyyən alətlər var. Nazir olduğu dövrü, səhiyyənin zamankı vəziyyətini onu nüfuzdan salmaq üçün gündəmə gətirəcəklər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
|