Əsas Səhifə > Partiya, Güney Press > "Müslümov bəzi nazirlərlə eyni cinayətkar qruplaşmadadır”
"Müslümov bəzi nazirlərlə eyni cinayətkar qruplaşmadadır”5-02-2021, 16:33 |
Prezident İlham Əliyev dəfələrlə məmur məsuliyyətinin artırılmalı olduğunu səsləndirib. Ölkə başçısı xalqa xidmət etməli olan şəxslərin özbaşınalığı ilə mübarizədə məqsədyönül siyasətini davam etdirir. Bu siyasət əhalinin narazı qaldığı məsələlərin həllinə yönəlib. Prezident hər zaman qeyd edib ki, dövlət məmuru cəmiyyətdə olan bütün vətəndaşlar üçün nümunə olmalıdır: “Məmurlar seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular var, əlbəttə ki, tədbirlər görülür və bu proseslər hər zaman dama etdiriləcək”. Cənab Prezident bu yaxınlarda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində növbəti dəfə məmurları sərt tənqid etdi. Məhz bu çıxışından sonra keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov həbs edilib. AĞ Partiya sədri Tural Abbaslı ölkəmizdə məmur özbaşınalıqlarına dair aparılan islahatlar barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, Prezidentin son müsahibəsidən dərhal sonra 2 il öncə istefaya göndərilən nazirin həbsi təsdüfi hesab edilə bilməz: “Səlim Müslümov böyük ehtimalla hələ də nazir olan bəziləri ilə cinayətkar qruplaşmada və yaxud siyasi birliyin içindədir. Bu siyasi birliyə qarşı demarş başlayıb. Artıq kənardan mərkəzə doğru addımlar atılır. S.Müslümovun həbsinin davamı olacağını düşünürəm. Deyə bilmərəm, bu, hazırda nazir statusunda olanlara şamil ediləcək ya yox. Hər halda görünən odur ki, hakimiyyətin aparmaq istədiyi islahatlara qarşı çıxan güclü bir qruplaşma var. Bu qruplaşmanın əlində maliyyə və siyasi təsir imkanları mövcuddur. Həmin imkanlar zərərsizləşdirilməlidir. İslahatların qarşısında duran “aparat” neytrallaşdırılmalıdır. Əks təqdirdə Azərbaycanı inkişaf gözləmir. Müxalifət olaraq ümid edirik ki, proseslər dediyimiz kimi davam edəcək. Nəhayət iqtidarın canı illərdir ki, Azərbaycanı geri salan bu təfəkkürlü insanlardan qurtaracaq. Ölkəmiz normal münasibətlər və demokratik hüquqi qaydalarla idarə olunan bir ölkə olacaq. Müxalifət olaraq bu yolda lazımlı islahatlar naminə dəstək verməyə hazırıq”. Geri qayıt |