Əsas Səhifə > Partiya, Güney Press > "Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş qalmayıb"

"Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş qalmayıb"


9-02-2021, 12:32
"Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş qalmayıb"
ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin bərpası üçün daha çox cəhd göstərən Ermənistan və erməniləri hər yerdə müdafiə edən Fransadır.
Bu fikirləri "Ölkə.Az"a aşıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Minsk qrupu həmsədrlərinin fəaliyyətinin bərpasına yönəlik çağırışların yenidən gündəmə gəlməsinə münasibət bildirərkən söyləyib.

Partiya sədri qeyd edib ki, mövcud formatda Minsk qrupu həmsədrlərinin təxminən 27 illik fəaliyyəti səmərəli olmayıb və Ermənistan – Azərbaycan münaqişəsinin dincliklə nizamlanmasında işlək və təsirli mexanizmə çevrilə bilməyib. Həmsədrləri yarıtmaz fəaliyyəti son nəticədə münaqişənin uzun müddətə dondurulmasına yönəlib.

Azərbaycanın işğal olunmuş 7 rayonu hərbi-siyasi yolla azad etməsindən sonra bölgədə yaranan yeni reallıq Minsk qrupu həmsədrlərinini fəaliyyətinin bərpasını mümkünsüz edib. Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş də qalmayıb. Ona görə də həmsədrlik institutunun hazırkı formatının olduğu kimi bərpası real xarakter daşımır"- Q.Əlibəyli fikirlərini yekunlaşdırıb.

Geri qayıt