Əsas Səhifə > Partiya, Güney Press > "Cəzanın sərtləşdirilməsi yalnız müvəqqəti effekt verə bilər"

"Cəzanın sərtləşdirilməsi yalnız müvəqqəti effekt verə bilər"


8-03-2021, 08:16
"Cəzanın sərtləşdirilməsi yalnız müvəqqəti effekt verə bilər"
Qadınlara qarşı zorakılıq hallarını minimuma endirmək üçün nələr edilməlidir? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ötən il məişət zorakılıqlarının baş verməsinə pandemiyanın ciddi təsir göstərdiyini düşünür:

“Pandemiya səbəbindən dünyanın hər yerində iş yerləri qapadılmış, hökumət tərəfindən insanlar evdə qalmağa məcbur edilmişlər. Bu da çox təəssüf ki, bəzi sosial problemlərin yaranmasına, insanların stres içərisində yaşamasına, ailədaxili münaqişlərə və məişət zorakılığına yol açıb. Bu hal inkişaf etmiş ölkələr üçün də xarakterik olub. Keçən il Böyük Britaniyada boşanmaların sayı iki dəfədən çox artıb. Bu kimi halların qarşısını almaq üçün maarifləndirici və psixoloji yardım işi daha yaxşı təşkil olunmalı, cinayətə görə cəzanın labüdlüyü təmin edilməlidir. Cəzanın sərtləşdirilməsi yalnız müvəqqəti effekt verə bilər”.

Geri qayıt