Əsas Səhifə > Partiya, Güney Press > “Məni küçə söyuşləri ilə təhqir edir, haqqımda alçaldıcı ifadələr işlədir...“

“Məni küçə söyuşləri ilə təhqir edir, haqqımda alçaldıcı ifadələr işlədir...“


16-03-2021, 12:18
“Məni küçə söyuşləri ilə təhqir edir, haqqımda alçaldıcı ifadələr işlədir...“
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu təhqir edib. Onu səfeh, elmdən anlayışı olmayan adam adlandırıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan ADP sədri millət vəkilinin ona qarşı hər dəfə belə aqressiv çıxışlar etdiyini deyib:

“Fazil bəyin fikirlərini oxumuşam. Əvvəla onu deyim ki, mən Fazil bəy haqqında təhqiramiz heç bir fikir səsləndirməmişəm. Sadəcə jurnalist mənə sual verdi ki, Yeni Azərbaycan Partiyasına altı partiya birləşib bu müəyyən dəyişiklik gətirə bilərmi? Mən də cavab vermişəm əgər parlament partiyaları, məsələn Fazil Qəzənfəroğlu və başqaları YAP-a birləşsəydi ciddi dəyişikliklər əmələ gətirə bilərdilər. Mən başa düşə bilmirəm ki, niyə həmin YAP-ın saxta mandatını iki dəfə əlinə almağı özünə şərəf bilir, amma mən deyəndə ki, YAP-a birləşsə yaxşı olardı, bunu özünə təhqir hesab edir?! Mənə qarşı aqressiyası nədən qaynaqlanır bilmirəm, lakin bu birinci dəfə deyil. Hər dəfə adi, kiçicik bir fikir bildirəndə mənə qarşı bu cür küçə söyüşlərindən istifadə edir, alçaldıcı fikirlər deyir və s. Görünür, gücü buna çatır, başqa cür fikirlərini ifadə edə bilmir...”

Xatırladaq ki, bir müddət əvvəl F.Mustafa onun haqqında “Qədim Romada qulağında halqa gəzdirən bir dəstə adam vardı. Bunlar danışdıqları sözə görə məsuliyyətə cəlb olunmurdular. Çünki cəmiyyət bu şəxsləri səfeh olaraq qəbul edirdi və onların kiməsə qarşı davranışları və söylədikləri hüquqi mübahisə doğurmurdu. Azərbaycanda bu kateqoriyadan adam obrazı barədə düşünərkən ilk öncə ağlıma gələn Sərdar Cəlaloğlu kimliyi olur. Sonra da ərəbcə elementar bilgisi olmadığı halda Qurana ən azı 30 cildlik təfsir yazdığını dilə gətirdi və özü ağılda olanları buna da inandırmaq üçün var-gəl etdi” – fikirlərini yazmışdı.

Geri qayıt