Əsas Səhifə > Partiya, Güney Press > “10 uşaq doğmaq qəhrəmanlıq deyil, amma əkiz oğlunu şəhid verən ana bu statusu ala bilər...”
“10 uşaq doğmaq qəhrəmanlıq deyil, amma əkiz oğlunu şəhid verən ana bu statusu ala bilər...”20-03-2021, 11:38 |
Xəbər verdiyimiz kimi Xalq yazıçısı Çingiz Abdullayev vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsi təklifi ilə çıxış edib. Bəs görən yazıçı, millət vəkili Aqil Abbas bu təklifi Milli Məclisdə qaldırmağı düşünürmü? Moderator.az-ın sualını cavablandıran A.Abbas Milli Məclisin növbəti iclasında Ç.Abdullayevin bu təklifinə dəstək olacağını bildirib: “Fikrim var ki, Milli Məclisin növbəti iclasında bu məsələni qaldırım. Vaxtilə 10 uşağı olan qadınlara “Qəhrəman ana” ordeni verirdilər və onların müəyyən imtiyazları var idi. 8 uşağı olan qadınlara da orden verirdilər, çünki yadımdadır anama da bu ordeni vermişdilər. Ana nənəmin və bir də bibimin 10 uşağı var idi və onlar da “Qəhrəman ana” ordeni almışdılar. Ç.Abdullayev də bunu qeyd edib. Elə analarımız var iki və hətta üç oğlu müharibədə şəhid olub. Qəhrəman ana bəs necə olur? 10 uşaq doğmaq bəlkə də qəhrəmanlıq deyil, amma əkiz və üç uşağını müharibəyə göndərmək və şəhid verməyə görə şəhid anası gözəl bir status ala bilər. Mən bu təklifi alqışlayıram və düşünürdüm ki, bu haqda bir məqalə də yazıb Çingiz Abdullayevi dəstəkləyim”. Geri qayıt |