Əsas Səhifə > Partiya, Güney Press > "Xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb"

"Xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb"


22-03-2021, 08:13
"Xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb"
"Operativ Qərargahın qərarı normal sayılmalıdır. Ciddi qapanmaya gedilmədi və gözlənilən də bu idi".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Deputat rayonlara gediş-gəlişin qarşısının alınmamasını da müsbət dəyərləndirib:

"Düşünürəm ki, bu dəfə ictimai rəyi diqqətə alaraq qərar qəbul etdilər. Bu şəraitdə iş yerlərinin bağlanmaması olduqca vacib idi. İnsanlar onsuz da yoxsullaşıblar. Daha ağır duruma düşməməsi üçün çörəkpulu qazanmasına imkan tanınmalıydı. Ancaq məhdud iştirakçı və vaxtla toyların keçirilməsinə icazə verilməməsi, qapalı idman zallarının açılmaması müsbət qiymətləndirilə bilməz. Neçə həftədir deyirik ki, xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb. Pandemiyanın şərtlərinə əməl edilməklə icazə verilməliydi. İctimai nəqliyyatın olmamasından da aztəminatlı vətəndaşlarımız xeyli sıxıntı çəkəcəklər və bu Bakıda tıxacların yaranmasına daha çox rəvac verəcək. Görünür, pandemiyanın yayılma təcrübəsini nəzərə alaraq bu qərarı qəbul ediblər".

Geri qayıt