Əsas Səhifə > Partiya, Güney Press > Kamilə Əliyevanı da yoxladılar:
Kamilə Əliyevanı da yoxladılar:29-03-2021, 08:12 |
Deputat Kamilə Əliyeva dövlət büdcəsinin təxminən 65-70 faizinin qeyri-neft sektorundan gələn gəlirlərin hesabına formalaşdığını deyib. "Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb. Bildirilir ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat həcmində təsdiqlənib. Araşdırmamız nəticəsində məlum olub ki, 2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 54 faizi və ya 13 milyard 717 milyon manatı neft sektorunun, 46 faizi və ya 11 milyard 710 milyon manatı isə qeyri-neft sektorunun payına düşür. "Fakt Yoxla” hesab edib ki, deputatın iddiası yanlışdır. Kamilə Əliyeva Milli Məclisin IV və V çağırış (2010 və 2015-ci illər), həmçinin 2020-ci il fevral ayında keçirilən növbədənkənar parlament seçkilərində 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Yeni Azərbaycan Partiyasını təmsil edir. Geri qayıt |