Əsas Səhifə > Partiya, Güney Press > "Düşmən dərk etdi ki, hərbi revanş mümkünsüzdür"

"Düşmən dərk etdi ki, hərbi revanş mümkünsüzdür"


30-03-2021, 08:06
"Düşmən dərk etdi ki, hərbi revanş mümkünsüzdür"
Məlum olduğu kimi, bir müddət əvvəl rus dili Qarabağda “dövlət dili” elan olundu. Əlbəttə, bu, məkrli düşmənin növbəti xain planı, daha dəqiq desək, açıq-aydın təxribatdır. Görünür, “Dəmir yumruğun” dadı damaqlarında alıb. “Burunu əzilən” Ermənistan siyasi hakimiyyəti bir dəfəlik “nokaut” olmaq üçün əlindən gələni edir. Deməli, gücümüzü və kim olduqlarını onlara növbəti dəfə xatırlatmağın vaxtı çatıb...

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə “Sherg.az”a danışarkən planın mahiyyətini izah edib:

“Düşmənlər probemi Ermənistan- Azərbaycan müstəvisindən, Rusiya- Azərbaycan, Rusiya- Türkiyə müstəvisinə daşımaq istəyirlər. Və bu niyyətin davamı da gələ bilər. Çünki onlar hərbi revanşın mümkünsüz olduğunu başa düşüb 1988-ci ildə olduğu kimi rusları “səhnəyə çıxararaq” onların arxasında gizlənmək və sonradan “intiqam” almağı arzulayırlar”.

P.Hüseyn, həmçinin Aəzrbaycanın məsələyə münasibətindən də söz açdı:

“Əlbəttə, burada Rusiyanın da müəyyən maraqları var. Yəqin ki, proses daxildəki hansısa siyasi dairələrin layihəsidir. Amma istənilən halda prioritetimiz dəyişməməlidir. Düzdür, məsələyə ciddi yanaşmalıyıq, lakin, məncə, bu, həlledici məqam deyil. Bizim əsas məqsədimiz oradakı terrorçu rejimin ləğvi olmalıdır. Bunu bacarsaq, məsələ kökündən həllini tapacaq, daha hansısa təxribat baş verməyəcək”.

Geri qayıt