Əsas Səhifə > Partiya, Güney Press > «Rusiya beynəlxalq cinayətə yol verib»
«Rusiya beynəlxalq cinayətə yol verib»9-04-2021, 08:08 |
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşada “İsgəndər M” raketinin aşkarlanmasına münasibət bildirib. O qeyd edib ki, Kreml hələ də Azərbaycan hərbçilərinin Qarabağda aşkarladığı “İskəndər” operativ-taktiki raket kompleksinin raketinin qalıqları barədə məlumata malik deyil: “Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”. Aydındır ki, Peskov bu açıqlaması ilə məsələdən yayınmağa çalışır. Son günlər “İskəndər M” raketləri ilə bağlı ən çox səsləndirilən iddialar bu işdə məhz Rusiyanın “əlinin” olmasıdır. Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyasının sədri, tanınmış siyasətçi Sərdar Cəlaloğlu vurğulayıb ki, bir zamanlar Paşinyan Rusiyanın Ermənistana müxtəlif silahlar verdiyini bildirirdi: “Putinin komandası bu məsələdən yayınmağa çalışır. Çünki çox ciddi beynəlxalq cinayətə yol veriblər. Qadağan edilən silahların yayılmasına dair beynəlxalq konvensiyanı pozublar. Bu da Rusiya dövləti üçün çox ağır fəsadlar yarada bilər. Ona görə də hazırda yaranmış vəziyyət Rusiyanın Azərbaycana qarşı düşmən münasibətinə önəmli reaksiya kimi dəyərləndirilməlidir”. Geri qayıt |