Əsas Səhifə > Partiya, Güney Press > “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub
“Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub15-04-2021, 11:58 |
Milli Şurasının təmsilçisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Sevinc Osmanqızının internet televiziyasında veriliş aparır. Modern.az xəbər verir ki, Tofiq Yaqublunun verilişi siyasi mövzulara həsr olunub. Verilişin ilk bölümünün yayımından sonra sosial şəbəkələrdə Tofiq Yaqublunun Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə münasibətlərinin pozulduğuna dair iddialar yayıldı. İddiaların ortaya atılmasının səbəbi isə Sevinc Osmanqızı və Əli Kərimli arasında bir müddət öncə yaşanan mübahisə və bundan sonra Əli Kərimlinin “Osmanqızı” kanalına dəvət olunmamasıdir. İddialar haqqında Modern.az-a danışan Tofiq Yaqublu bütün bunları təkzib edib. O, heç bir narazılığın olmadığını söyləyib: “Milli Şura daxilində, o cümlədən Əli Kərimli ilə münasibətlər tam qaydasındadır. İddiaların əsası yoxdur”. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə əməkdaşımıza açıqlamasında qeyd edib ki, Tofiq Yaqublunun Sevinc Osmanqızının efirində başlayan verilişini izləməyib: “Amma müsavatçılardan, dost-tanışdan onun verilişi haqqında eşitmişəm. Bu Tofiq Yaqublunun fərdi siyasi fəaliyyətinə aid olan məsələdir və şərh etmək niyyətində deyiləm”. Geri qayıt |