Əsas Səhifə > Partiya, Güney Press > “Onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır, yenə də ”dəmir yumruq" görəcəklər"

“Onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır, yenə də ”dəmir yumruq" görəcəklər"


27-04-2021, 10:31
“Onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır, yenə də ”dəmir yumruq" görəcəklər"
Qarabağda ermənilərin istehkam qurub, müharibəyə hazırlaşdıqlarına dair iddialar yayılıb. Xüsusilə Ağdərədə bu istiqamətdə fəallaşmaları müşahidə edilir. Bəs Azərbaycan bu hazırlığı sonadək gözləyəcəkmi, yoxsa nə qədər gec deyil, qarşısını hərbi yolla almalıdırmı?

Prezident dəfələrlə deyib ki, ermənilər revanş eşqinə düşsələr, başlarının üstündə Azərbaycanın dəmir yumruğunu görəcəklər. Dəmir yumruğun işə düşməsi artıq an məsələsidirmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, ermənilərə son illər ərzində dəfələrlə xəbərdarlıqlar edilmişdi: “Dəfələrlə deyildi ki, işğal etdikləri torpaqlarımızdan rədd olub çıxın. Amma onları sözlə başa salmaq çətindir, onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır. Ona görə də keçən il Azərbaycan ”dəmir yumruğu" işə salmalı oldu. Biz torpaqlarımızı işğaldan azad etmişik, bunu ermənilər nə qədər tez başa düşsələr, mənasız xülyalardan əl çəksələr, bir o qədər öz xeyirlərinə olacaq. Amma bunlar hələ də başa düşmürlər.

Azərbaycanın azad etdiyi halal torpaqlarını ermənilər özlərininki hesab edir, guya “geri qaytarmaq” haqda düşünürlər. Haqq, hüquq bizim tərəfimizdədir, üstəlik, güc də bizim tərəfimizdədir. Ötən illərin təcrübəsi göstərir ki, ermənilərin ağılla və məntiqlə hərəkət edəcəyinə ümidlər əbəsdir. Bu qafası boşlar ancaq “yumruq məntiqi”ni başa düşürlər. Ona görə də Azərbaycan ləngimədən yerdə qalan ərazilərini də hərbi yolla, indiki şəraitdə antiterror əməliyyatı ilə öz nəzarətinə qaytarmalıdır. Erməniləri kimin müdafiə etməsinin, arxalarında kimin dayanmasının heç bir əhəmiyyəti yoxdur. Biz bu eybəcər topluma özünə gəlməsi, qüvvə toplaması, istehkam qurması və digər bəd əməllər törətməsinə vaxt və imkan verməməli, təcili hərəkətə keçməliyik. Ermənilərin özlərini aparması, hazırlıq işləri görməsi, 10 noyabr bəyanatından kənara çıxması bizim ləngimədən tədbirlər görməmiz üçün tam əsas verir".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələri ilk növbədə məlum 10 noyabr birgə bəyannaməsinə uyğun olaraq ərazidən çıxarılmalıdir: “Amma Rusiya buna getmir və əsas tərəf də məhz Kremldir. Ağdərə istiqamətində separatçı qüvvələrin səngər qazması və istehkam yaratması isə artıq əndazəni aşmaqdır. Məqsəd bu istehkamları gücləndirib gələcək perspektivdə Azərbaycana təzyiq etməkdir. Hesab edirəm ki, bu fəaliyyət ilk növbədə burada hərbi əməliyyatları gündəmə gətirir. Rusiya burada separatçı qüvvələri körükləyir və dəstək verir, bu istiqamətdə onların fəaliyyətinə şərait yaradır. Məhz bu baş verənləri Azərbaycanla növbəti müharibəyə hazırlıq kimi də dəyərləndirmək olar. Düşünürəm ki, Azərbaycan bu məsələyə seyrçi qalmayacaq. Prezident İlham Əliyev məhz verdiyi mesajlarda revanşizm baş qaldıracaqsa ciddi hərbi varianta əl atacağını qeyd edib. Erməni separatizmi baş qaldıracağı təqdirdə Azərbaycan antiterror və separatizmə qarşı əməliyyatları başlayacaq. Çünki bu gedişlə proseslər Azərbaycanın antiterror əməliyyatlarını yaxınlaşdırır. Rusiya tərəfi konkret şəkildə prosesi körükləyir və separatçıları Azərbaycana qarşı qaldırır. Ona görə də Azərbaycan konkret addımlar atacaq. Azərbaycanın bu istiqamətdə atacağı addımın separatçıların sonunu gətirəcəyi şübhəsizdir”.
“Yeni Müsavat”

Geri qayıt