Əsas Səhifə > Partiya, Güney Press > “Şəhid atası başına su dama-dama öldü”
“Şəhid atası başına su dama-dama öldü”29-04-2021, 17:36 |
"Ağstafanın başçısı Seymur Orucov da gəncdir. Orada Nizaməddin Quliyevi həbs elədilər, yerinə bunu təyin etdilər. Nizaməddin Quliyev heç olmasa icra başçısı kimi görünürdü. Amma Seymur Orucov gizlənib, adam yoxdur. Adam evindən icra hakimiyyətinə, icra hakimiyyətindən evinə girir və heç kimi də qəbul eləmir. Bu adam işləmir. Şəhid dəfninə getmir. Tovuz hadisələrində şəhid olan əsgərimizin atası 20 gündür ki, vəfat edib. Şəhid atası başına su dama-dama öldü. Efirdən də bar-bar bağırırdım ki, bu ailənin evinin dam örtüyünü təmir eləmək lazımdır. İndi həmin şəhidimizin anası naəlac qalıb. Şəhid ailəsi niyə Bakıya çıxmalıdır?” Sfera.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı özünün "Facebook” səhifəsində bölüşdüyü videoda səsləndirib. Partiya lideri əlavə edib ki, "Bu Seymurdan soruşmaq lazımdır ki, Ağstafada neçə nəfər şəhidin var ki, sən bunların vəziyyəti ilə maraqlanmağa çatdırmırsan? İlk növbədə diqqət ayrılmalı ailəyə diqqət ayıra bilmirsə... Bu da gənc, bu da bu”, deyə partiya sədri Seymur Orucov haqqında fikirlərini bildirib. Xatırladaq ki, Seymur Orucov 21 may 2020-ci ildən etibarən Ağstafa rayonunun icra başçısıdır. 2010-cu ildə "Tərəqqi” medalı ilə təltif olunan Seymur 2011-ci ildən 2021-ci ilin 11 mart tarixinədək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri də olub. Geri qayıt |