Əsas Səhifə > Partiya, Güney Press > "Putin Azərbaycanın ağası ola bilməyəcəyini başa düşməlidir"

"Putin Azərbaycanın ağası ola bilməyəcəyini başa düşməlidir"


3-05-2021, 09:11
"Putin Azərbaycanın ağası ola bilməyəcəyini başa düşməlidir"
“Lavrov əvvəl İrəvana sonra Bakıya gələcək. Lavrov müstəqil düşünməyi bacarmayan və Putinin tapşırıqlarını (ölkəyə xidmət edib etməsindən asılı olmayaraq) artıqlaması ilə yerinə yetirməyə can atan birisidir. Elə bu keyfiyyəti (faktiki alkoqolik olmasına baxmayaraq) bu günə qədər onu ministr postunda saxlayır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks - spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, həm İrəvanda ,həm də Bakıda Lavrova nə tapşırılıbsa onu da müzkirə edəcək.

“Hansı cavabı verməyə razılıq verilibsə onları deyəcək, qalan məsələləri müzakirə etməyəcək,sadəcə prezidentə çatdıracağına söz verəcək. Ona görə bu adamın qarşısında Azərbaycanın hansı səbəbdən heç vaxt razılaşmayacağı məsələləri çox qətiyyətlə qoymaq lazımdır. Prezident Putin Azərbaycanın ağası ola bilməyəcəyini başa düşməlidir. Bu çox vacibdir.

- Azərbaycan sülh məramlılarla birlikdə Laçın dəhlizinə daxil olan başqa ölkə vətəndaşlarının kimliyinə nəzarət etməlidir, çünki bu onun suveren ölkə səlahiyyətindədir. Konstitusiya ilə Azərbaycan respublikasının istənilən sərhəd zonasında başqa ölkənin nəzarəti qadağandır.

- Azərbaycanın nəzarətində olan və 2020-ci il Noyabrın 10-na qədər o ərazilərdə yaşamış erməni millətindən olan vətəndaşların o yerlərə qayıtmasına Azərbaycan nəzarət etməlidir. O ermənilər rəsmi şəkildə Bakıya müvafiq təşkilatlara müraciət etməlidirlər, 1,2 və ya 3 ay bu adamların həqiqətən Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirildikdən sonra onlara rəsmi icazə verilməlidir və həmin Laçın dəhlizinin sərhəddində Azərbaycan sərhədçiləri onları buraxıb, əvvəllər yaşadıqları yerlərinə aparmalıdırlar.

- 10 Noyabrdan bu günə qədər Azərbaycana sülhməramlı qüvvələr tərəfindən gəlmiş və ya gətirilmiş ermənilərin siyahısı, tərcümeyi-hal sənədləri Azərbaycan Respublikasına onların həqiqətən Azərbaycanm vətəndaşı olub olmadığını müəyyənləşdirmək üçün təqdim edilməlidir.

Çox sadalamaq istəmirəm bu tipli onlarla məsələlər RF-nın prezidentinin qarşısında qaldırılmalıdır. Türkiyənin fikrini bilməkdə yaxşı olardı”.


Geri qayıt