Əsas Səhifə > Partiya, Güney Press > “Üçtərəfli razılaşma pozularsa, böyük problemlər yaranacaq”
“Üçtərəfli razılaşma pozularsa, böyük problemlər yaranacaq”7-05-2021, 08:50 |
Ermənistanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdən sonra Paşinyanla müzakirələrin aparılması beyinlərdə suallar yaradıb. Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə görüş barədə fikirlərini “Sherg.az”a şərh etdi: “Paşinyan istefa versə də, baş nazir vəzifəsini icra edir. Odur ki, Lavrovun onunla görüşməsi təəccüblü deyil. Həm Azərbaycana, həm də Ermənistana səfərdə məqsəd üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsidir. Ümid edirik ki, bu, Rusiyanın da maraqlarına cavab verir. Əks halda ciddi suallar və problemlər meydana çıxacaq. Hazırda Azərbaycanı maraqlandıran iki əsas məsələ var: Zəngəzur dəhlizinin açılması və böyük qayıdış. İnsanlarımızın Qarabağa köçməsi üçün ərazi minalardan təmizlənməli, müxtəlif infrastruktur layihələr həyata keçirilməlidir. Ermənistan buna mane olacağı təqdirdə lazımi cavabı alacaq. Rusiyanın üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə inanırıq. Ən azından Zəngəzur dəhlizinin açılması və minalı ərazilərlə bağlı ciddi addımların atılacağına ümid edirik. Onu da deyim ki, Lavrovun səfərindən əvvəl Azərbaycan üç diversantı qaytarması ilə öz humanist mövqeyini göstərdi”. Geri qayıt |