Əsas Səhifə > Partiya, Güney Press > “Şuşadakı strateji siyasət və Türkiyə ilə qardaşlıq öz müsbət nəticələrini verəcək”
“Şuşadakı strateji siyasət və Türkiyə ilə qardaşlıq öz müsbət nəticələrini verəcək”7-05-2021, 10:50 |
“Bir neçə gün bundan öncə söylədiyim kimi, Ermənistandan verilən məlumatlara görə, Lavrov ümumi qəbul edilmiş məsələlərdən danışır, ermənilərin (xüsusilə çılpaq nasionalist) Xarici İşlər nazirinin sayaqlamalarına cavab vermir. Paşinyanın partiyası seçkidə qələbə qazanarsa, birinci bu naziri işdən çıxardacaq”. Bunu Cebhe.info-ya açıqlamasında sabiq spiker Rəsul Quliyev deyib. R.Quliyev bildirib ki, mətbuatda getməsə də, Lavrov Putinin “Türkiyə ilə əlaqədar istənilən yaxınlaşmanı onun icazəsi olmadan etmək olmaz” tapşırığını Paşinyanın nəzərinə bir daha çatdırıb: “Ancaq bu məsələ Paşinyan yenidən qələbə qazanarsa öz həllini tapacaq, buna heç şübhə yoxdur. Bizim üçün təhlükə Köçəryanın tör-töküntü partiyaları ətrafına toplayıb saxtalaşdırmaq yolu ilə qələbə çalmağa cəhd etməsidir. Həmçinin keçmiş prezident Sarkisyanın gələn həftə aktivləşməsi Azərbaycanımız üçün məqbul deyil. Keçmiş prezident Ter-Petrosyanın (yaş öz təsirini göstərib, məntiqi, ağlı daha işləmir) bütün qüvvələri, yəni Köçəryan, Sərkisyan və başqalarını Paşinyanın əleyhinə birləşdirmək cəhdi bizim ücün qəbul edilən faktor deyil. Ancaq Ter-Petrosyan bu qüvvələrin qələbə çalmasını və üzlərini qərbə çevirməsini istəyir, yəni Rusiyanın əleyhinə olan bir plotformadır. Əlbəttə, Putin buna imkan verməyəcək”. Sabiq spiker əlavə edib ki, Putin Qarabağ faktorundan istifadə edərək Azərbaycan və Ermənistanı qismən özünə tabe etdirməyə cəhd göstərəcək: “Hətta Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə, Rusiya “mənlə razılaşdırmamış heç bir addım ata bilməzsiniz” deyəcək. Əminəm ki, Putin Baydenlə görüşdən həmən sonra Ukrayna ilə sərhədlərdən qoşunlarını çəkəcək, əvəzində isə Azərbaycan və Ermənistana qarşı isə aqressiv siyasət aparacaq. Hər iki ölkənin bu vəziyyətdən çıxış yolu Türkiyə Cümhuriyyətinin bütün məsələlərə qarışması ola bilər. Azərbaycan ümumiyyətlə, Türkiyənin yanında olmalıdır başqa variant yoxdur. Ümid edirəm ki, Ermənistanda seçkiləri udan Paşinyan mənim fikirləşdiyim siyasəti aparacaq. O, seçiləndən Putinin ağalığından xilas olmaq istəyir. Putin iki dəfə (Qarabağ konfiliktindən istifadə edərək) onu yerində oturdura bildi. Ancaq son 6 ayda Azərbaycana qarşı apardığı siyasət Rusiyanı kifayət qədər bizdən uzaqlaşdırdı”. Rəsul Quliyev qeyd edib ki, bu il xarici siyasət çox mürəkkəb olacaq: “Düşünürəm ki, bu çətin və mürəkləb vəziyyətə baxmayaraq, azad edilmiş rayonlarda, xüsusilə Şuşada aparılan strateji siyasət və Türkiyə ilə qardaşlıq əlaqələri öz müsbət nəticələrini verəcək”. Geri qayıt |