Əsas Səhifə > Partiya, Güney Press > “Bizə dəyən ziyanın ödənilməsinə nail olmalıyıq”
“Bizə dəyən ziyanın ödənilməsinə nail olmalıyıq”13-05-2021, 08:40 |
Xəbər verdiyimiz kimi, Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu istiqamətdə hələ çox iş görməyin vacibliyini qeyd edib: “Azərbaycan Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq qurumlara bəzi müraciətlər ünvanlayıb. Lakin mən istərdim ki, bu müraciətlərin sayı daha da çox olsun. Ermənistan Azərbaycan xalqına, onun mədəni irsinə qarşı çox böyük cinayətlər törədib. İşğaldan azad edilən ərazilərdə bu vəhşiliklərin çox geniş təzahürləri var. Biz erməni işğalı nəticəsində bizə dəyən ziyanın ödənilməsi üçün bütün əlaqədar beynəlxalq qurumlara müraciət etməliyik. Bir sözlə, hələ bu istiqamətdə görməli olduğumuz çox işlər var”. Geri qayıt |