Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya “ağsaqqallıq” statusunu itirmiş olacaq”

“Rusiya “ağsaqqallıq” statusunu itirmiş olacaq”


14-05-2021, 12:15
“Rusiya “ağsaqqallıq” statusunu itirmiş olacaq”
Ermənistan 10 noyabr üçtərəfli razılaşmanın şərtlərini pozur.

Belə ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin imzaladığı sənədə görə Azərbaycan hərbi əməliyyatları dayandırır və bunun müqabilində Ermənistan Azərbaycan torpaqlarından müəyyən olunmuş qrafiklə çıxır, sərhdlər isə işğaldan əvvəlki vəziyyətinə qayıdır.

Bu razılaşmanın icrasına isə hazırda Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiya qarant durub. Hazırda aparılan sərhədlərin delimitasiya və demarkasiya prosesinə isə Ermənistan tərəfi maneələr yaratmağa, vəziyyəti gərginləşdirməyə cəhd edir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanı təxribatlardan çəkinməyə çağırıb.

"Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”, - deyə Azərbaycan XİN-nin bəyanatında belə deyilir.

Göründüyü kimi, Ermənistan yenə təxribatlara cəhd edir.

Əgər 10 noyabr üçtərəfli bəyanat icra olunmursa, o zaman Rusiya necə bu razılaşmanın qarantı olacaq?

AĞ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, bu gün Azərbaycan-Ermənistan sərhəddində baş verənlər əslində adi bir haldır:

“Bu, sərhədlər xətlərinin bərpası üçün aparılan adi prosedur qaydasıdır. Burada qeyri-adi bir hadisə yoxdur. Hazırda 1989-cu ilin xəritələrinə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiyası davam edir.

Bizim hərbçilərin daxil olduğu, ermənilərin, Fransa da daxil dünyanın bir sıra ölkələrinin etiraz etdiyi ərazilər tarixən Azərbaycan torpaqlarıdır. 1989-cu ildə Ermənistanla Azərbaycan arasında olan konfiliktə görə bu sərhədlər müəyyən olunmamış qalırdı. Hazırda bizim əsgərlər həmin əraziya gediblər. Burada artıq ermənilər başlayıblar şüvən salmağa ki, Azərbaycan bizim ərazilərə girir. Bu, həm də erməni millətinin həyasızlıq xarakterindən irəli gəlir. Hansı ki, özləri illərlə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıblar”.

Rusiyanın bu məsələdəki mövqeyinə gəlincə, partiya sədri əlavə edib ki, onlar özlərini dünyaya sülhməramlı güc kim göstərməyə, bu istiqamətdə bir imic qazanmağa çalışdı:

“Amma Rusiya da başa düşməlidir ki, əgər tərəflər arasında sülhə qarant durursa, cığallıq edən tərəfin də yaratdığı problemi aradan qaldırmalıdır. Təəssüflər olsun ki, burada Rusiya son anadək ermənilərin mövqeyindən çıxış edir. Rüstəm Muradov adlı sülhməramlıların generalının gəlib separatçı Araik Arutunyanla qucaqlaşdığı andan bizə məlumdur ki, Rusiya burada bitərəf kimi yox, ermənipərəst qüvvə kimi çıxış edəcək. Sonradan da Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti göstərdi ki, onlar sülhməramlı deyil, işğalçı qüvvədir. Əgər bu məsələdə də Rusiya ermənilərin mövqeyindən çıxış edərsə, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatın qüvvədən düşdüyünü elan etməlidir və hazırda bizim ordunun nəzarətində olmayan torpaqlarımızda antiterror əməliyyatı aparmalıdır. Rusiya Azərbaycanın haqlı mövqeyini dəstəkləməsə, dünya qarşısında da işğalçı olduğunu sübut edəcək. Ermənistanla Azərbaycan arasındakı “ağsaqqallıq” statusunu itirmiş olacaq”.


Geri qayıt