Əsas Səhifə > Partiya, Güney Press > "Çavuşoğlunun səfəri zamanı bu mövzular diqqətə saxlanılacaq"

"Çavuşoğlunun səfəri zamanı bu mövzular diqqətə saxlanılacaq"


27-05-2021, 08:14
"Çavuşoğlunun səfəri zamanı bu mövzular diqqətə saxlanılacaq"
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. “Daily Sabah” xəbər verir ki, bu barədə türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, mayın 31-də Yunanıstana səfərindən sonra Azərbaycana, iyun ayının 12-14-də isə Belçikaya səfər edəcək.

Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu Çavuşoğlunun gərgin Yunanıstan səfərindən sonra ölkəmizə gəlişini “Sherg.az”a şərh edib:

“Səfərin əsas məqsədi Türkiyə prezidentinin yaxın zamanlarda Azərbaycana gəlməsi üçün hazırlıq işləri görmək və son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı məsələləri yoluna qoymaqdır.

Düşünürəm ki, Türkiyə XİN başçısı səfər çərçivəsində siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparacaq. Çavuşoğlu ölkəmizə gəldikdə İran-Ermənistan və İran-Azərbaycan münasibətləri də müzakirə oluna bilər.

Məlumdur ki, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif və ondan qabaq Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana gəlməsi müxtəlif məsələləri meydana gətirib.
Məhz Çavuşoğlunun səfəri zamanı da bu mövzular diqqətə saxlanılacaq”.


Geri qayıt