Əsas Səhifə > Partiya, Güney Press > "Bu, hərbi və milli təhlükəsizlik aspektidir"

"Bu, hərbi və milli təhlükəsizlik aspektidir"


7-06-2021, 08:19
"Bu, hərbi və milli təhlükəsizlik aspektidir"
“Bakıda 2 erməninin məhkəməsi bitən kimi bir neçə mərkəz, təşkilat mövqe bildirir. Aİ, AP, ATƏT ortaya Azərbaycanı ittiham edən mövqe qoyur, tərəf tutur. Amma peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin faciəvi ölümünə görə heç kimin səsi çıxmır”.

“Sherg.az” xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Analitik bildirib ki, dünayda peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətlərdəndir:

“Niyə niyə media azadlığı sahəsində ölkənin üzərinə gələn təşkilatların, qrant payçılarının, “Human Right”, “Amnesty İnternational”ın səsi çıxmır? Bura Kəlbəcərin sərhədindəki ərazi deyil, həmişə Azərbaycan millətinin yaşadığı ərazi idi, bu onu göstərir ki, onlar əraziləri tərk edərkən minalayıblar, bura hərbi əməliyyat zonası da deyil axı. İkincisi, böyük qayıdışa zərbə vurmağa çalışırlar, yəni “biz yaşamaqdıqsa, sizə də qismət olmasın”. Axı dünyada torpaq yaddaşı, onunda genetikaya köçməsi, enerjisi var. Bizim millət 30 il əvvəl o torpaqlardan çıxanda, ümidi daş bağlayanda belə torpaqları minalamadı. Fransa, insanlıq hissi itmiş Makron, ermənisevərlər bəlkə gözlərini açarlar...”.

Ə.Əlibəyli vurğulayıb ki, sərhəddi keçən, torpaqlarımıza bir milli də olsa, sızan istənilən şəxs ən sərt formada cəzalandırılmalıdır:

“Bu, artıq demarkasiya, sərhəd nizamlaması prosesi və ya detal deyil, hərbi və milli təhlükəsizlik aspektidir. Bitmiş müharibəni minalarla sərhədlərimizin daxilinə daşıyanlar, böyük qayıdış çərçivəsində sakinlərimizin ayaqlarının altına mina əkmək istəyənlərə verilməli olanlara adekvat cavab verilməlidir”.

Geri qayıt