Əsas Səhifə > Partiya, Güney Press > "Bu məsələnin reallığı siyasi iradədən asılıdır"
"Bu məsələnin reallığı siyasi iradədən asılıdır"18-06-2021, 08:15 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən sonra Qarabağda qardaş ölkənin konsulluğunun yaradılması məsələsi yenidən gündəmə gəlib. Bir çox siyasətçilərin fikrincə, bu, yaxın zamanda baş verəcək və iki ölkə arasındakı əlaqələri daha da dərinlşdirəcək. Ağ partiya sədri Tural Abbaslı da belə düşünür. O, “Sherg.az”a açıqlamasında Şuşada konsulluğun açılmasına inamını ifadə etdi: “Bu məsələnin reallığı siyasi iradədən asılıdır. Və siyasi iradə ən yüksək səviyyədədir. Texniki tərəflərdə də hansısa problem yoxdur. Şuşada konsulluq açan ilk ölkənin məhz Türkiyə olması mühüm siyasi mesajdır. Bu, Ankaranın regionda daimi olması deməkdir”. Geri qayıt |