Əsas Səhifə > Partiya, Güney Press > "Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib"
"Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib"19-06-2021, 07:42 |
"Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil." Bunu Manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib: " Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib." Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi. Geri qayıt |