Əsas Səhifə > Partiya, Güney Press > “Paşinyan Köçəryanı həbs edib Azərbaycana versin!”

“Paşinyan Köçəryanı həbs edib Azərbaycana versin!”


21-06-2021, 08:34
“Paşinyan Köçəryanı həbs edib Azərbaycana versin!”
“Paşinyan üçün ən düzgün çıxış yolu əli minlərlə azərbaycanlının qanına batmış, hərbi cani, korrupsioner Köçəryanı həbs edib, Azərbaycana təhvil vermək olardı. Yoxsa, Köçəryan aranı qarışdıra bilər”.

Pravda.az xəbər verir ki, bunu Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, bu saata olan nəticələrə görə Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq:

“Paşinyanın tərəfdarları onun qələbəsinin qeyd etmək üçün partiyanın qərargahı qarşısına toplaşıb, Paşinyan iyunun 21-də Resıpublika meydanında mitinq elan edib, Köçəryan seçkinin nəticələrini tanımayacağını bildirib.

Məlumatınız üçün qeyd edim ki, bir partiyanın hökuməti təkbaşına formalaşdırması üçün parlamentdəki yerlərin 54 faizinə sahib çıxması lazımdır.

İlkin nəticələr göstərir ki, ermənilə keçmişi deyil, gələcəyi seçiblər”.



Geri qayıt