Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya bu işin arxasında olmadığını sübut etməlidir"
"Rusiya bu işin arxasında olmadığını sübut etməlidir"16-07-2021, 08:27 |
“Son günlərdə Ermənistanın provakasiyaları artıb”. Bunu “Şərq”ə açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Analitik bildirib ki, Şuşa və Naxçıvan Azərbaycan-Türkiyə ittifaqının izlərinin qabarıq şəkildə ortaya qoyulduğu ərazilərdir: “Təxribatların törədildiyi ərazilərdə Rusiya ordusuna aid hərbçilər var. Birində hərbi baza, digərində isə sülhməramlılar yerləşdirilib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-polkovnik Sergey İstrakov Ermənistandadır və bu ölkənin Baş Qərargahının rəisi ilə görüş keçirib. Bu işin arxasında birbaşa Rusiyanın olduğunu demək üçün ciddi əsaslar yoxdur. Amma bir məsələ aydındır ki, Ermənistan və arxasındakı güclər vəziyyəti gərginləşdirmək, 10 noyabrdan öncəki vəziyyətə geri qayıtmaq istəyirlər. Həm də Rusiya bu işin arxasında olmadığını sübut etməlidir. Ən azı vasitəçi dövlət və adı “sülhməramlı” olan güc olaraq bunu etməyə borcludur”. Geri qayıt |