Əsas Səhifə > Partiya, Güney Press > "Böyük ehtimalla bu, idarə olunan prosesdir"
"Böyük ehtimalla bu, idarə olunan prosesdir"21-07-2021, 09:01 |
“Ehtimal edirəm ki, atəşkəsin pozulması xaotik hadisə deyil. Ola bilsin, bu prosesi hansısa qüvvə idarə edir. Odur ki, atəşkəsin pozulmasının özbaşına və xaotik hal olduğunu demək doğru deyil. Böyük ehtimalla bu, idarə olunan prosesdir. Xatırladım ki, 3-4 ay əvvəl sərhədboyu daha çox hərəkət olurdu, ancaq atəş açılmırdı. Nə Ermənistan tərəfindən, nə də Azərbaycan əsgərləri tərəfindən. Azərbaycan sərhədçiləri sərhədi bərpa edirdilər və məntiqlə o zaman da atəş açıla bilərdi. Lakin biz atəş açıldığını müşahidə etmədik. Deməli, indi atəşkəsin pozulması xaotik hal kimi ortaya çıxa bilməz”. Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə son zamanlar Ermənistan ordusu və Qarabağdakı ermənilərin qanunsuz silahlı dəstələri tərəfindən Azərbaycanın hərbi möqelərinin atəşə tutulmasından danışarkən deyib. Hərbi ekspertin ehtimalına görə, erməni tərəfi indi bir balaca özünə arxalanmaqla atışma şəraiti yaradır və çalışırlar ki, Azərbaycan tərəfinin bəzi istiqamətlərdə sərhədi bərpaetmə prosesini ləngitsinlər: “Biz sərhədi tam bərpa etməmişik. Ola bilsin, bəzi istiqamətlərdə bu prosesin aparılması gözlənilir. Erməni tərəfi atəşkəsi pozmaqla bizi məcbur edir ki, indi dayandığımız yerlərdə möhkəmlənək”. A. İsazadənin fikrincə, atəşkəsin belə sistematik pozulması halları daha böyük qarşıdurmalara gətirib çıxara bilər: “Hesab edirəm ki, bu halı istisna etmək doğru olmazdı. Hər zaman belə risklər var. Məlumat üçün deyim ki, buna oxşar proseslər ötən ilin bu aylarında sərhəddə müşahidə olunurdu. Daha sonra Tovuz məsələləri ortaya çıxdı və bu da 27 sentyabr müharibəsinə qədər davam etdi. Bu mənada ehtimal edirəm ki, indi sistematik atəşkəs pozulması istənilən zaman qaynar fazaya keçə bilər”. Mütəxəssisin deyib ki, erməni tərəfi hərbi baxımdan qaynaq fazaya hazır deyil və bərpa oluna bilməyib: “Ancaq siyasi baxımdan nisbətən özlərinə yardımçı qüvvələr tapıblar. Avropa İttifaqı, Fransa və s. Bir müddətdir söhbət gedir ki, rus sülhməramlılarla yanaşı Avropa sülhməramlıları da bölgəyə gəlməlidir. Söhbət ondan gedir ki, bu durumda döyüşlər başlasa ermənilər çalışacaq ki, bizi günahkar çıxarsın. Amma sırf olaraq hərbi baxımından Ermənistan müharibənin aktiv fazasına, döyüş əməliyyatları aparmağa hazır deyil. Ona görə də indi daha çox təxribatçı addımlara üstünlük verirlər”. Geri qayıt |