Əsas Səhifə > Partiya, Güney Press > “Bunu məhz Allahşükür səsləndirə bilərdi”

“Bunu məhz Allahşükür səsləndirə bilərdi”


27-07-2021, 07:48
“Bunu məhz Allahşükür səsləndirə bilərdi”
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ilə bağlı açıqlama verib. O, bildirib ki, sözləri konteksdən çıxarılıb: “Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir”.

Jurnalist, siyasi şərhçi Fuad Abbasov cəmiyyətdə ciddi ajiotaj yaradan məsələ barədə “Sherg.az”a münasibət bildirdi:

“Qələbəni necə qazanmağımız hər kəsə məlumdur. Məgər Allahşükür Paşazadənin çıxışından sonra gözlər açıldı? Əlbəttə, yox. Onsuz da hər kəs həqiqəti bilir. Bu mənada ajiotaja ehtiyac yoxdur”.

F.Abbasovun fikrincə, Allahşükür Paşazadə bu ifadəni özbaşına səsləndirmədi:

“İran dini rəhbərinin Şuşaya səfəri və orada şeyxin belə bir bəyanatı dövlətin razılığı ilə olub. Əksi mümkün deyil. Belə açıqlamanı məhz Allahşükür Paşazadə səsləndirə bilərdi. Ajiotaj isə gözlənilən idi. Unutmamalıyıq ki, biz qonşu dövlətlərlə balanslaşdırılmış siyasət yeridirik. Və şeyxin sözügedən açıqlaması dövlətlərarası geopolitikanın tərkib hissəsidir. Allahşükür Paşazadənin bəyanatı əsla döyüşçülərimizin xidmətlərinə, qəhrəmanlıqlarına kölgə salmamalıdır”.


Geri qayıt