Əsas Səhifə > Partiya, Güney Press > “Ölkədə bir normal seçki keçirilməlidir ki, parlamentə belə təsadüfi adamlar düşməsin”

“Ölkədə bir normal seçki keçirilməlidir ki, parlamentə belə təsadüfi adamlar düşməsin”


30-07-2021, 12:19
“Ölkədə bir normal seçki keçirilməlidir ki, parlamentə belə təsadüfi adamlar düşməsin”
“Hadisə obyektiv araşdırılmalı, kimliyindən asılı olmayaraq, günahkar tərəf cəzalandırılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimovun Nabrandakı restoranlardan birində polis əməkdaşını döyməsi haqda məlumata münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Parlamentin deputatı Eldəniz Səlimovun Nabranda qohumuna məxsus restoranda polis əməkdaşı Zaur Mirzəyevi döyməsi xəbəri öz təsdiqini tapıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirilib ki, hadisə iyulun 29-u gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib:

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Bu barədə saytımıza danışan BAP sədri Elşad musayevin fikrincə, bütün hallarda insident obyektiv araşdırılmalı və qanun çərçivəsində tədbir görülməlidir:

“Öncə bunu bildirim ki, heç bir hadisə ilə əlaqədar birtərəfli qərəar vermək olmaz. Hadisəni diqqətlə araşdırmaq lazımdır. Azərbaycanda belədir ki, adətən, şikayətçinin sözlərinə əsasən qərar verilir.

Ancaq ədalətin gözlənilməsi üçün şikayətçi ilə yanaşı, şikayət olunan tərəf də dinlənilməlidir. Ədalət bunu tələb edir. Hadisə obyektiv araşdırılmalı, kimliyindən asılı olmayaraq, günahkar tərəf cəzalandırılmalıdır.

Məsələnin başqa tərəfi hakimiyyətin formalaşdırdığı deputat korpusundakıların çoxunun qanunsuzluqla seçilməsidir. Ona görə də, bizim bununla bağlı etirazımız var. Bəli, biz hesab edirik ki, qanunsuzluqla formalaşdırılan bu Milli Məclis buraxılmalı, xalqın etimadını qazanan yeni parlament seçilməlidir. Ölkədə bir normal seçki keçirilməlidir ki, parlamentə belə təsadüfi adamlar düşməsin, deputatlar da öz məsuliyyətini dərk etsin”.


Geri qayıt